ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
814
26.04.2026, 18:48
Son saatlarda sosial şəbəkələrdə İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu iddia edən fotoların yayılması böyük rezonans doğurub. Paylaşılan görüntülərdə İranın yeni Ali Rəhbəri hesab olunan Müctəba Xameneinin də fotosunun yer alması müzakirələri daha da alovlandırıb və onun taleyi ilə bağlı suallar yenidən gündəmə gəlib.
Oxu24.com xəbər verir ki, Müctəba Xameneinin vəziyyəti ilə bağlı spekulyasiyalar artıq bir neçə həftədir ki, beynəlxalq medianın diqqət mərkəzindədir. Münaqişənin başladığı ilk günlərdən etibarən onun ağır yaralandığı və ya İsrailin hava zərbələri nəticəsində həlak olduğu barədə müxtəlif xəbərlər tirajlansa da, Tehran indiyə qədər bu iddiaları nə rəsmən təsdiq, nə də inandırıcı şəkildə təkzib edib. M.Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması və rəsmi mərasimlərdə görünməməsi bu şübhələri daha da dərinləşdirir.
Hazırda yayılan görüntülərin rəsmi mənbələrə yox, daha çox müxalif və ya qeyri-rəsmi kanallara istinad etdiyi bildirilir. İran hakimiyyəti tərəfindən hələlik Müctəba Xameneinin statusu və ya səhhəti barədə hər hansı bir etibarlı məlumat paylaşılmayıb. Ekspertlər hesab edirlər ki, bu cür məlumatların yayılması İran daxilində davam edən qeyri-müəyyənliyi artırmaq və rəhbərlik ətrafında xaos təəssüratı yaratmaq məqsədi daşıya bilər. Məsələ ilə bağlı dəqiq məlumatlar əldə edildikcə oxuculara təqdim olunacaq.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.