Yaponiyada "Pokemon" hava limanı açıldı
07 İyul 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
495
24.04.2026, 14:37
Kipr sammitində Ukraynanın Aİ-yə daxil olması ilə bağlı mübahisə bir çox Avropa liderinin Macarıstanın Baş naziri Viktor Orbanın "arxasında gizləndiyini", lakin seçkilərdə məğlubiyyətindən sonra məsuliyyəti öz üzərinə götürməyə və Brüsselin ümumi xəttinə qarşı çıxmağa məcbur olduqlarını ortaya qoydu.
Oxu24.com xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən yüksək vəzifəli Avropa rəsmisinə istinadən Politico məlumat yayıb.
Mənbə bildirib ki, "Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxan liderlər artıq Orbanın mövqeyinin arxasında gizlənə bilməzlər".
Danışıqlarda iştirak edən digər üç Politico mənbəyi də təhlükəsizlik məsələləri və enerji qiymətləri ilə bağlı mübahisələrin yarandığını bildirib.
"Kipr Prezidenti Nikos Xristodulidesin Aİ Müqaviləsinin 42.7-ci maddəsini (qarşılıqlı müdafiə) aktivləşdirmək üçün əməliyyat planı hazırlamaq təklifi çətinliklə irəliləyib. Ölkəsi NATO üzvü olmayan Xristodulides, Avropa Birliyinin fəal iştirakı olmadan İranda gərginliyin azaldılmasının mümkün olmayacağında israr edib", - deyə məqalədə bildirilir.
Keçən il dondurulmuş Rusiya aktivlərinin Kiyevə köçürülməsinə qarşı çıxan Belçika Baş naziri Bart De Vever həmkarlarını Orbanın gedişinin təsirini şişirtməməyə çağırdı. O, bildirib ki, "ümumi kursla həmişə razılaşmayan liderləri olan digər ölkələr də var".
"Politico" qeyd edir ki, "vahid cəbhə illüziyası yoxa çıxıb".
Bu şəraitdə Aİ ölkələri Avropa müdafiə sistemi, Yaxın Şərq münaqişəsinin iqtisadi nəticələrinin azaldılması və 1,8 trilyon avroluq yeddi illik büdcə ilə bağlı məsələlərdə razılığa gəlməli olacaqlar.
Jalə
13:55 / 07 İyul 2026
1
13:52 / 07 İyul 2026
3
13:45 / 07 İyul 2026
18
13:40 / 07 İyul 2026
39
13:36 / 07 İyul 2026
44
13:29 / 07 İyul 2026
46
13:23 / 07 İyul 2026
44
13:15 / 07 İyul 2026
56
13:10 / 07 İyul 2026
535
12:54 / 07 İyul 2026
196
12:53 / 07 İyul 2026
64
12:42 / 07 İyul 2026
70
12:31 / 07 İyul 2026
341
12:25 / 07 İyul 2026
70
12:18 / 07 İyul 2026
137
12:00 / 07 İyul 2026
1036
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
209
11:51 / 07 İyul 2026
65
11:33 / 07 İyul 2026
84
11:22 / 07 İyul 2026
117
11:10 / 07 İyul 2026
89
11:09 / 07 İyul 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.