Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
572
30.03.2026, 12:28
İran ABŞ-la danışıqlar aparması ilə bağlı iddiaları təkzib edib.
Oxu24.com-un xəbərinə əsasən, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, İran və ABŞ arasında birbaşa dialoq aparılmayıb.
“Sadəcə, bəzi vasitəçilər, o cümlədən Pakistan vasitəsilə bizə ABŞ-ın danışıqlara hazır olması ilə bağlı mesajlar ötürülüb”,- Bəqayi bildirib.
Bəqayi ABŞ-ın İrandan tələblərini “həddən artıq və qeyri-məntiqi” olaraq xarakterizə edib və ABŞ-ı mövqeyini tez-tez dəyişməkdə ittiham edib.
Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin İslamabaddakı görüşünə toxunan iranlı diplomat, ölkəsinin bu görüşlərdə iştirak etmədiyini vurğulayıb.
"Region ölkələrinin sülhə dair narahatlığının olması təqdirəlayiq haldır, lakin hadisələrə realist nəzərlə baxmaq lazımdır. Bu müharibəni İran başlamayıb. Əksinə, İran diplomatik bir prosesin ortasında hücuma məruz qalıb. Dünya unutmamalıdır ki, İran ağıllı bir ölkə olaraq danışıqlara qoşuldu, lakin danışıqlar masasını dağıdan ABŞ oldu”,- İran XİN sözçüsü bildirib.
İranın qonşularla münasibətinə toxunan Bəqayi qeyd edib ki, “İran bütün region ölkələri və Fars körfəzi ətrafındakı dövlətlərlə qonşu olmuşuq və olaraq qalacaq”.
“Bütün qonşu ölkələrlə ortaq mədəni, dini və tarixi dəyərlərə sahibik və heç vaxt qonşu ölkələri düşmən hesab etmirik. Başqaları gedir, biz və qonşularımız isə bölgədə qalırıq”,- İran XİN sözçüsü bildirib.
O, İranın ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə almasını “tamamilə əxlaqi və məntiqi” adlandırıb və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.
“Bütün ölkələr bilir ki, öz ərazisindən başqa bir ölkəyə hücum etmək üçün istifadəyə icazə vermək beynəlxalq qanunlara ziddir və bu, həmin ölkələri hədəfin bir hissəsinə çevirir. İranın etdiyi özünümüdafiədir və bu, heç bir ölkəyə qarşı düşmən hərəkəti kimi qəbul edilmir. Qonşu ölkələrdən gözləntimiz budur ki, beynəlxalq hüquq və normal qonşuluq münasibətləri çərçivəsində öz öhdəliklərinə sadiq qalsınlar. Bu müharibə fitnə-fəsad mənbəyi ola bilər”, - Bəqayi ifadə edib.
20:55 / 12 Noyabr 2026
23
20:42 / 12 Noyabr 2026
64
20:26 / 12 Noyabr 2026
74
20:14 / 12 Noyabr 2026
69
20:08 / 12 Noyabr 2026
77
20:05 / 12 Noyabr 2026
79
19:59 / 12 Noyabr 2026
65
19:49 / 12 Noyabr 2026
84
19:36 / 12 Noyabr 2026
95
19:31 / 12 Noyabr 2026
95
19:19 / 12 Noyabr 2026
107
19:15 / 12 Noyabr 2026
128
19:09 / 12 Noyabr 2026
93
19:03 / 12 Noyabr 2026
97
18:58 / 12 Noyabr 2026
104
18:50 / 12 Noyabr 2026
105
18:42 / 12 Noyabr 2026
1283
18:40 / 12 Noyabr 2026
100
18:32 / 12 Noyabr 2026
403
18:28 / 12 Noyabr 2026
94
18:26 / 12 Noyabr 2026
116
18:16 / 12 Noyabr 2026
125
18:15 / 12 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.