Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin
10 İyun 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
555
28.03.2026, 17:40
ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil.
Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb.
Buna görə həmin ölkələr alyansın qərarlarına qatılmaq imkanından məhrum ola, 5-ci maddədən yararlana bilməz.
ABŞ Almaniyadakı hərbçilərini geri çağırmağı nəzərdən keçirir. Ağ Ev bu addımı NATO tərəfdaşlarının Hörmüz boğazında gəmiçilik fəaliyyətinə donanma göndərməkdən imtina etməsi səbəbindən planlaşdırır. Plan hələ Brüsseldə rəsmi təqdim edilməyib və NATO-da yekdillik prinsipi səbəbindən fikir ayrılığı riski var.
"Gələcək xərclərə qatılmayan ölkələr səsvermə hüququndan məhrum olmalıdır. İspaniya və Böyük Britaniyaya davranışlarının yolverilməz olduğunu göstərmək lazımdır", - deyə xəbərdə qeyd olunur.
Ötən il Haaqada NATO üzvləri razılaşıblar ki, hərbi büdcələr 2035-ci ilə qədər ÜDM-in 5%-inə çatdırılsın, lakin İspaniya buna qarşıdır.
Birləşmiş Ştatlar və İsrailin İrana istiqamətlənmiş hərbi addımlarından sonra Vaşinqtonla Madrid arasındakı ziddiyyətlər bir qədər də kəskinləşib. İspaniya ilk olaraq bu cür əməliyyatları pisləyib. Ardınca isə krallıq ABŞ-nin İrana qarşı hücumlar zamanı onun ərazisindəki hərbi bazalardan faydalanmasına etiraz edib.
Trampın Böyük Britaniyadan narazı qalmasının səbəbi isə Londonun başlanğıcda İrana qarşı əməliyyatlar məqsədilə öz bazalarından istifadəyə razılıq verməməsi idi. Britaniyanın Baş naziri Kir Starmer yekunda hərbi hava bazalarının istifadəsinə şərait yaratsa da, hüquqi bazanın yoxluğunu səbəb gətirərək ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdə Londonun yer almayacağını xüsusi olaraq vurğulayıb./Oxu.az
10:34 / 10 İyun 2026
1
10:32 / 10 İyun 2026
11
10:30 / 10 İyun 2026
15
10:24 / 10 İyun 2026
28
10:18 / 10 İyun 2026
22
10:16 / 10 İyun 2026
21
10:08 / 10 İyun 2026
352
10:02 / 10 İyun 2026
79
09:58 / 10 İyun 2026
89
09:45 / 10 İyun 2026
56
09:43 / 10 İyun 2026
49
09:42 / 10 İyun 2026
56
09:40 / 10 İyun 2026
162
09:39 / 10 İyun 2026
59
01:04 / 10 İyun 2026
305
00:24 / 10 İyun 2026
362
00:01 / 10 İyun 2026
221
23:52 / 09 İyun 2026
182
23:36 / 09 İyun 2026
307
23:26 / 09 İyun 2026
159
23:23 / 09 İyun 2026
147
23:15 / 09 İyun 2026
151
23:09 / 09 İyun 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.