Dünyanın ən sağlam ölkəsi haradır?
19 May 2026, 20:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1386
27.03.2026, 19:24
ABŞ və İran arasında gərginlik artır! Hörmüz boğazı quru üzərindən müharibəyə səbəb olacaqmı?
Artıq bir müddətdir ki,davam edən ABŞ-İsrail- İran qarşıdurması regiona və dünya ölkələrinə ciddi təsirlər edirlər.Baş verən gərginlik "Hörmüz" boğazına da təsir edib.İran sözügedən boğazı bağlamaqla hədələyir.Bu isə bir çox ölkələri,hətta dünyanı təhlükədə qoya bilər.
Tasnim xəbər agentliyinin məlumatına görə,İran ABŞ-ın quru müdaxiləsi olacağı təqdirdə 1 milyondan çox insanın səfərbər ediləcəyini açıqlayıb.
Bəs,ABŞ-nin İran ərazisində quru əməliyyatları mümkündürmü? Belə bir ehtimal gərçəkləşə bilərmi? Gərçəkləşərsə,hadisələr hansı məcrada davam edəcək?
Bu mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Oxu24.com-un suallarını cavablandırıb.
"ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar artıq 27-ci günüdür ki,davam edir.Müharibədə hələ ki, qalib tərəf yoxdur,baxmayaraq ki,ABŞ bu günlər ərzində 8 dəfə qalib gəldiyini elan edib.Bəli,İranın havadan müdafiə sistemi,onun hərbi dəniz donanmaları,aviasiya parkı,raket sisteminin qurğularının müəyyən hissəsi sıradan çıxarılıb.Hərbi sənaye zavodları vurulur,ancaq göründüyü kimi rejim yerindədir.Diplomatik danışıqlar da gedir.Əgər ABŞ ilə İran arasında Pakistan vasitəsilə keçirilən danışıqlar müsbət nəticə verməsə,ABŞ Xarq adasına quru qoşunları yeritməklə Hörmüz boğazında azad naviqasiya tətbiq etmək üçün əməliyyatlar başlaya bilər.Tebii ki,İsraili də burada ABŞ-ni təhrik edir.Amma İranın quru qoşunları var və kifayət qədər güclüdür. Bu ABŞ üçün ciddi başağrısı yarada bilər.Mən demirəm ki,İran qalib olar. Amma Amerika üçün bu qələbənin mənfi nəticələri də ola bilər.Hələ ki danışıqlar gedir, danışıqlarla bərabər İrana qarşı bombardman həyata keçirilir.Hətta BƏƏ də Hörmüz boğazının azadlığı üçün koalisiyaya qoşulmaq niyyətindədir
Ümumilikdə vəziyyət çox həssasdır. Danışıqlar davam edir, amma eyni zamanda İrana qarşı bombardmanlar da aparılır. Əgər diplomatik yol nəticə verməsə, hadisələr daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər”,-deyə politoloq bildirib.
Hazırladı: Aysel
20:47 / 19 May 2026
1
20:47 / 19 May 2026
13
20:42 / 19 May 2026
23
20:38 / 19 May 2026
23
20:34 / 19 May 2026
26
20:31 / 19 May 2026
25
20:27 / 19 May 2026
37
20:24 / 19 May 2026
97
20:23 / 19 May 2026
64
20:12 / 19 May 2026
44
19:51 / 19 May 2026
62
19:35 / 19 May 2026
60
19:22 / 19 May 2026
61
19:00 / 19 May 2026
130
18:58 / 19 May 2026
86
18:48 / 19 May 2026
114
18:29 / 19 May 2026
67
18:19 / 19 May 2026
105
18:01 / 19 May 2026
84
17:50 / 19 May 2026
64
17:30 / 19 May 2026
70
17:25 / 19 May 2026
78
17:05 / 19 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.