Kremldən NATO açıqlaması
12 Noyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
553
24.03.2026, 21:46
ABŞ 2028-ci ilin sonuna qədər Marsa ilk nüvə enerjisi ilə işləyən planetlərarası kosmik gəmi olan Space Reactor-1 Freedom-u göndərməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki,NASA bu barədə rəsmi saytında məlumat verib.
Mətbuat açıqlamasında bildirilir ki, bu missiya dərin kosmik tədqiqatların yeni bir dövrünü başlatmaq üçün nəzərdə tutulub. Nüvə elektrik mühərrik sistemi ilə təchiz olunmuş kosmik gəmi günəş panellərinin istifadə edilə bilməyəcəyi mühitlərdə səmərəli yük daşınmasını təmin edəcək.
Plana görə, SR-1 Freedom Marsa çatdıqdan sonra Qırmızı Planeti araşdırmağa davam edəcək Skyfall faydalı yükünü — Ingenuity sinifli helikopterləri buraxacaq.
NASA vurğulayır ki, bu buraxılış kosmosda nüvə sistemlərinin tənzimlənməsi və istismarı üçün bir presedent yaradacaq və uzunmüddətli missiyalar üçün gələcək mühərrik sistemlərinin təməlini qoyacaq.
Nüvə mühərrikləri hələ kosmosda istifadə edilməyib. Radioizotop termoelektrik generatorları (RTG) hazırda dərin kosmik missiyalar üçün istifadə olunur; onlar kosmik gəmilərə enerji verir, lakin mühərrik kimi xidmət etmir.
ABŞ kosmik agentliyinin açıqlamasında deyilir: "Nüvə elektrik mühərriki səmərəli dərin kosmos yük daşınması üçün unikal imkanlar təklif edir və Yupiterdən kənarda yüksək güclü missiyaların həyata keçirilməsinə imkan verir".
ABŞ Energetika Nazirliyi layihədə iştirak edir. Agentlik bildirib ki, bu tərəfdaşlıq Aydan kənarda uzunmüddətli tədqiqatlar və potensial olaraq Marsa və xarici Günəş Sisteminə insan missiyaları üçün imkanlar açacaq.
Jalə
00:17 / 13 Noyabr 2026
1
23:53 / 12 Noyabr 2026
248
23:51 / 12 Noyabr 2026
40
23:40 / 12 Noyabr 2026
87
23:34 / 12 Noyabr 2026
72
23:24 / 12 Noyabr 2026
351
23:20 / 12 Noyabr 2026
74
23:19 / 12 Noyabr 2026
70
23:18 / 12 Noyabr 2026
77
23:12 / 12 Noyabr 2026
78
23:03 / 12 Noyabr 2026
83
23:02 / 12 Noyabr 2026
170
22:59 / 12 Noyabr 2026
78
22:55 / 12 Noyabr 2026
91
22:49 / 12 Noyabr 2026
109
22:40 / 12 Noyabr 2026
88
22:24 / 12 Noyabr 2026
151
22:21 / 12 Noyabr 2026
97
22:13 / 12 Noyabr 2026
109
21:55 / 12 Noyabr 2026
100
21:39 / 12 Noyabr 2026
110
21:26 / 12 Noyabr 2026
1216
21:19 / 12 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.