Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin
10 İyun 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
543
23.03.2026, 18:24
Rusiya telekanalı bazanın yerləşdiyi Gümrünün Paşinyana müxalifət olduğunu haradan bilir?
“Ermənistan hakimiyyəti Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasına qarşı kampaniya başlayıb. Hökumətyönlü bir kanal komandir Andrey Yudakovun əmri ilə bazanın şəxsi heyəti arasında parlament seçkiləri ilə bağlı anti-Paşinyan kampaniyasının başladığını bildirib. İddia olunur ki, bölmə komandirləri Ermənistan vətəndaşları ilə söhbətlər aparır, onları Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasına səs vermələri üçün işdən çıxarmaqla hədələyirlər. İndi isə hökumətyönlü şəbəkə "seçkilərə müdaxilə" tezisini təbliğ edir”.
Musavat.com xəbər verir ki, bu barədə müxalitəyönlü erməni mediası yazıb. İddia olunur ki, guya 102-ci baza ilə ilə bağlı təbliğata Ermənistanın baş naziri Nikol Paşinyanın yaxınlaşmaqda olan parlement seçkilərində siyasi taleyindən narahat olan guya Azərbaycan kanalları da qoşulub.
Erməni mənbələri yazır ki, Rusiyanın nüfuzlu “Ribar” telekanalının məlumatına görə, 102-ci bazanın rəhbəri polkovnik Yudakov təxminən bir aydır ki, rəsmi işlərlə bağlı Moskvadadır və onun müavini bazaya komandanlıq edir: "Bu, faktlardakı ilk uyğunsuzluqdur. Bundan əlavə, bazada cəmi 50-yə yaxın Ermənistan vətəndaşı var və onların böyük əksəriyyəti yalnız Rusiya pasportlarına malikdir. Beləliklə, baza rəhbərliyinin hətta Vətəndaş Müqaviləsi partiyasının təbliğatçılarının danışmağa çalışdığı məcburi vasitələri belə yoxdur. Şəhərdəki əhval-ruhiyyə onsuz da son dərəcə müxalifdir - heç bir müdaxiləyə ehtiyac yoxdur. Gümrüdəki hərbçilər seçkilərdən sonrakı dövrü, informasiya təxribatlarının real təxribatlara çevrilə biləcəyini gözləyirlər”. İddia olunur ki, guya Bakı və İrəvan hakimiyyəti, eləcə də onların Qərb tərəfdaşları 102-ci bazaya son dərəcə mənfi münasibət bəsləyirlər. Buna görə də, seçkilərdən üç ay əvvəl Ermənistan rəhbərliyi öz əsəbiliyini nümayiş etdirir” deyə, məlumatda bildirilir.
Ermənistanda 102-ci Rusiya hərbi bazası ilə bağlı yayılan iddialar daha çox Paşinyana müxalif qüvvələrin, eləcə də Moskvanın siyasi manipulyasiya təsiri bağışlayır. Əgər bazanın rəhbəri ölkədə deyilsə və şəxsi heyətin böyük hissəsi Ermənistan seçicisi sayılmırsa, bu miqyasda “seçkiyə təsir” kampaniyası iddiası ciddi görünmür. Bu isə göstərir ki, məsələ real təhlükədən çox, siyasi texnologiya məhsuludur.Digər tərəfdən, belə ittihamlar Ermənistanın onsuz da kövrək olan siyasi vəziyyəti daha da risk altına atır.
01:04 / 10 İyun 2026
133
00:24 / 10 İyun 2026
160
00:01 / 10 İyun 2026
125
23:52 / 09 İyun 2026
150
23:36 / 09 İyun 2026
256
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
126
23:15 / 09 İyun 2026
123
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
173
22:59 / 09 İyun 2026
260
22:52 / 09 İyun 2026
457
22:41 / 09 İyun 2026
126
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
133
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
157
21:01 / 09 İyun 2026
117
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
146
20:27 / 09 İyun 2026
140
20:10 / 09 İyun 2026
1305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.