Paşinyan nə vaxt istefa verəcəyini ELAN ETDİ
25 May 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
617
15.10.2025, 14:34
Birləşmiş Ştatlar NATO müttəfiqlərinin Ukrayna üçün silah alışını artıracağını gözləyir.
Oxu24.com xəbər verir ki, bunu oktyabrın 15-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
Bu, Donald Tramp administrasiyası dövründə başlanmış PURL təşəbbüsünə aiddir. Birləşmiş Ştatlar artıq Ukraynaya birbaşa silah vermir, onu tərəfdaş ölkələrə satır, sonra isə onları Kiyevə ötürür. Üstəlik, bu alışlar Ukraynanın istəkləri əsasında həyata keçirilir.
Heqsetin sözlərinə görə, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya silah tədarükünün artırılması tezliklə sülhün əldə olunması üçün lazımdır. "Sülh güclü olduqda əldə edilir", deyə Pentaqon rəhbəri qeyd edib.
Brüsseldə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (qondarma Ramşteyn formatı) görüşü də keçirilir. NATO-nun baş katibi Mark Rutte PURL təşəbbüsünə qoşulacaq yeni ölkələrin elan ediləcəyini açıqlayıb. Buraya Finlandiya da daxildir.
Ruttenin sözlərinə görə, təşəbbüs çərçivəsində artıq Ukrayna üçün silahlara təxminən 2 milyard dollar ayrılıb.
Hazırda təşəbbüsdə Almaniya, Hollandiya, Kanada, İsveç, Danimarka və Norveç iştirak edir.
NATO baş katibinin sözlərinə görə, oktyabrın 15-də keçiriləcək görüşdə “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü məsələsi müzakirə olunmayacaq, çünki bu, ABŞ və Ukrayna arasında ikitərəfli münasibətlərdən gedir. Bu mövzunun oktyabrın 17-də iki ölkə prezidentlərinin Vaşinqtonda keçiriləcək görüşündə qaldırılacağı gözlənilir.
Nigar
16:54 / 25 May 2026
3
16:49 / 25 May 2026
39
16:46 / 25 May 2026
18
16:40 / 25 May 2026
40
16:36 / 25 May 2026
59
16:33 / 25 May 2026
53
16:21 / 25 May 2026
165
15:35 / 25 May 2026
74
15:27 / 25 May 2026
76
15:06 / 25 May 2026
111
15:01 / 25 May 2026
88
14:55 / 25 May 2026
86
14:47 / 25 May 2026
213
14:42 / 25 May 2026
99
14:37 / 25 May 2026
60
14:25 / 25 May 2026
101
14:20 / 25 May 2026
1073
14:05 / 25 May 2026
1101
14:02 / 25 May 2026
102
13:57 / 25 May 2026
101
13:54 / 25 May 2026
127
13:49 / 25 May 2026
912
13:46 / 25 May 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.