Paşinyan nə vaxt istefa verəcəyini ELAN ETDİ
25 May 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
583
15.10.2025, 13:01
NATO alyansın hava məkanının və ərazisinin hər qarışını müdafiə etmək üçün bütün vasitələrə və səlahiyyətlərə malikdir.
Oxu24.com xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə NATO müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında RBC Ukraynanın sualını cavablandırarkən deyib.
NATO-nun baş katibi RBC Ukraynanın NATO üzvü olan ölkənin müstəqil olaraq pilotsuz təyyarələri vurmağa qərar verə biləcəyi ilə bağlı sualına cavab olaraq ruslara müraciət edib.
İcazə verin, ruslara müraciət edim: əgər onlar qəsdən NATO-ya qarşı nəsə etməyə cəhd etsələr, bizim NATO hava məkanını və ərazisinin hər qarışını müdafiə etmək üçün bütün vasitə və səlahiyyətimiz var”, - Rutte bildirib.
O qeyd edib ki, alyans düşmən hədəflərə qarşı mübarizədə Ukrayna təcrübəsini öyrənərək ən son texnologiyaları fəal şəkildə tətbiq edir.
Onun sözlərinə görə, Polşada pilotsuz uçuş aparatı və MiQ-31 təyyarəsinin Estoniya hava məkanına daxil olması hallarında NATO ehtiyatlı davranıb: təhlükə yarananda pilotsuz təyyarə vurulub, olmadıqda isə F-35 qırıcıları Rusiya təyyarəsini hava məkanından çıxarıb.
"Biz məhz belə məşq edirik və hazırlaşırıq. Və dostlar, bu, yeni bir şey deyil. Biz bunu 60-70 ildir ki, həm Sovet, həm də Rusiya təyyarələri ilə edirik. Ona görə də ictimai müstəvidə müşahidə etdiyim bəzi müzakirələr - NATO-nun səlahiyyəti olub-olmaması - bəli, belədir. Və əlbəttə ki, biz hər gün yeni texnologiyalara uyğunlaşmalıyıq", - Rutte əlavə edib.
Nigar
16:54 / 25 May 2026
3
16:49 / 25 May 2026
39
16:46 / 25 May 2026
18
16:40 / 25 May 2026
40
16:36 / 25 May 2026
59
16:33 / 25 May 2026
53
16:21 / 25 May 2026
165
15:35 / 25 May 2026
74
15:27 / 25 May 2026
76
15:06 / 25 May 2026
111
15:01 / 25 May 2026
88
14:55 / 25 May 2026
86
14:47 / 25 May 2026
213
14:42 / 25 May 2026
99
14:37 / 25 May 2026
60
14:25 / 25 May 2026
101
14:20 / 25 May 2026
1073
14:05 / 25 May 2026
1101
14:02 / 25 May 2026
102
13:57 / 25 May 2026
101
13:54 / 25 May 2026
127
13:49 / 25 May 2026
912
13:46 / 25 May 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.