Türkiyədə zəlzələ oldu
25 May 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
881
10.10.2025, 12:40
IDF: İsrail Qəzzadan çəkilməsini günortaya qədər başa çatdırmağı planlaşdırır.
Oxu24.com “The Times of Israel”-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzzadan çəkilməyə başlayıb.
İsrail Müdafiə Qüvvələri bütün girovları azad etmək üçün HƏMAS ilə razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında razılaşdırılmış yerləşdirmə xəttlərinə qoşunların çıxarılmasını günortaya qədər başa çatdırmağı gözləyirlər.
Bəyanatda deyilir ki, əməliyyat başa çatdıqdan sonra İDF Qəzza zolağının yarıdan bir qədər çoxuna (53%) nəzarəti əlində saxlayacaq.
Razılaşmaya görə, HƏMAS 72 saat ərzində 48 girovu azad etməlidir.
Bir gün əvvəl Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının rəhbəri Xəlil əl-Həyya bəyan etmişdi ki, İsrail hakimiyyəti atəşkəs razılaşması çərçivəsində bütün fələstinli qadın və uşaqları azad edəcək.
Qəzza zolağında atəşkəs oktyabrın 9-da qüvvəyə minib. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sazişlərin birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək, İsrail qoşunları razılaşdırılmış xəttlərə çəkiləcək.
Bundan əvvəl Tramp atəşkəsdən sonra Qəzza zolağının gələcəyi ilə bağlı danışıb.
Miri Məcidli
00:04 / 26 May 2026
12
23:56 / 25 May 2026
38
23:50 / 25 May 2026
62
23:42 / 25 May 2026
118
23:41 / 25 May 2026
181
23:39 / 25 May 2026
47
23:36 / 25 May 2026
45
23:34 / 25 May 2026
111
23:26 / 25 May 2026
116
23:24 / 25 May 2026
101
23:22 / 25 May 2026
69
23:17 / 25 May 2026
61
23:13 / 25 May 2026
46
23:12 / 25 May 2026
60
23:07 / 25 May 2026
61
23:04 / 25 May 2026
61
23:01 / 25 May 2026
111
22:57 / 25 May 2026
74
22:54 / 25 May 2026
62
22:49 / 25 May 2026
73
22:48 / 25 May 2026
65
22:39 / 25 May 2026
65
22:35 / 25 May 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.