Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Belçikadan Düşənbədə MDB sammitinə gedəcək

news/2025_06_09/pasinyan_2025_1749422840.jpg

DÜNYA

915

09.10.2025, 13:21

Ermənistanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçılarının Sammitində iştirak etmək üçün oktyabrın 9-10-da Düşənbəyə işgüzar səfər edəcək.

Oxu24.com  bu  barədə  Armenpress-ə istinadən   xəbər verir.

Nümayəndə heyətinə həmçinin baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və başqaları daxildir.

Paşinyan hazırda Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dəvəti ilə ikinci “Global Gateway” beynəlxalq konfransında iştirak etmək üçün Brüsseldədir.

Nigar