Bəşəriyyət qorxunc təhlükə ilə üz-üzə
16 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1128
08.10.2025, 16:05
Bu günlərdə Türkiyədə həbs edilən məşhur mafioz Necatı Arabaçını çox adam tanımır. Tanıyanlar da oğru, vor və s kimi fəaliyyətlə məşğul olur deyə tanıyırlar. Amma bu adam bildiyiniz böyük bir mafioz, gangsterdir. Avropada böyük cinayətlərə imza atıblar, bəzən hətta polis belə yaxın dura bilmir. 2002-ci ildə Almaniyada tutulanda 9 il iş kəsən hakimə qarşı sui-qəsd edib. Bundan sonra hakim polis nəzarətində yaşamağa məcbur qalıb.
Oxu24.com xəbər verir ki, Necatı Arabaçı 1972-ci ildə Almaniyada anadan olub.
Arabacının cinayət keçmişi 2000-ci illərin əvvəllərinə gedib çıxır, o, 2002-ci ildə dələduzluq, insan alveri, hücum, qəsb və qanunsuz silah saxlama kimi ciddi ittihamlarla Almaniyada həbs edilib. 2004-cü ildə o, təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra Arabaçının adamları iş kəsən hakimə qarşı sui-qəsd həyata keçiriblər. Alman polisi bu cinayətin dəmir barmaqlıqlar arxasından təşkil etdiyi planın üstünü açıb. Lakin hüquqi texniki şərtlərə və rəsmi stenoqramlarda səhv tərcümələrə görə o, bu əlavə ittihamlardan bəraət alıb (hamısı qorxub işi bağlayıblar)
5 il həbsdə yatandan sonra Arabacı "Hells Angels"(dünyada məşhur mafioz qruplaşma) MC-də nüfuzunu tez bir zamanda bərpa etdi 2010-cu ildə o, Türkiyənin İzmir şəhərində yüksək səviyyəli Hells Angels toplantısında iştirak edib və burada "Hells Angels MC Nomads Turkey" şirkətinin prezidenti təyin edildi. 2013-cü ilə qədər, bu təşkilatın keçmiş Avropa lideri Frank Hanebuth həbs edildikdən sonra, Arabacı bədnam dəstənin Avropa qoluna rəhbərlik etmək üçün potensial varisi hesab olunurdu.
2015-ci ildə İspaniya səlahiyyətliləri Arabacıya mütəşəkkil cinayət, qəsb, narkotik alveri və İspaniyada fahişəxanaların idarə edilməsi ilə məşğul olmaqda ittiham edərək, Avropa miqyasında həbs qərarı çıxardı. Buna baxmayaraq o, Türkiyənin öz vətəndaşlarını təhvil verməmək siyasəti səbəbindən həbsdən və mühakimə olunmaqdan yayına bildi (həmin vaxt İzmirdə idi).
Monako mətbuatı yazır:
Arabçı son illərdə xüsusən də Monakoda yenidən görünməsi diqqətləri üzərinə çəkdi. Keçmişini nəzərə alsaq, onun dəbdəbəli knyazlıqda olması onun davam edən fəaliyyəti və təsiri ilə bağlı suallar doğurur. Çoxsaylı ittihamlara baxmayaraq, onun sərbəst səyahət etmək bacarığı onun köklü əlaqələrini və beynəlxalq hüquq-mühafizə orqanlarından yayınma qabiliyyətini nümayiş etdirir.
Necati Arabacı mütəşəkkil cinayətkarlıq, yüksək səviyyəli korrupsiya, insan alveri, və s kimi cinayətdə əli olan olduqca mübahisəli bir fiqur olaraq qalır. O Avropanın bir çox ölkəsində o cümlədən Almaniyada böyük söz sahibidir. Bir çox qumarxanalar, restoranlar, bordellər onun nəzarətində fəaliyyət göstərir. Olduqca dəbdəbəli həyat tərzi, çoxlu sayda qorumaları, lüks maşınları ilə gündəmdə olur. Yaşadığı yerlər isə təkcə ev deyil bir malikanədədir.
Osman Eminov
15:18 / 16 Noyabr 2026
12
15:00 / 16 Noyabr 2026
44
14:30 / 16 Noyabr 2026
92
14:24 / 16 Noyabr 2026
79
14:19 / 16 Noyabr 2026
108
14:14 / 16 Noyabr 2026
79
14:10 / 16 Noyabr 2026
105
14:05 / 16 Noyabr 2026
85
14:00 / 16 Noyabr 2026
81
13:51 / 16 Noyabr 2026
126
13:47 / 16 Noyabr 2026
471
13:41 / 16 Noyabr 2026
113
13:40 / 16 Noyabr 2026
96
13:38 / 16 Noyabr 2026
212
13:35 / 16 Noyabr 2026
90
13:22 / 16 Noyabr 2026
112
13:16 / 16 Noyabr 2026
443
13:10 / 16 Noyabr 2026
135
13:06 / 16 Noyabr 2026
95
13:03 / 16 Noyabr 2026
102
13:01 / 16 Noyabr 2026
106
12:49 / 16 Noyabr 2026
104
12:44 / 16 Noyabr 2026
1058
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.