Türkiyədə zəlzələ oldu
25 May 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
583
08.10.2025, 17:00
Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketinin təsdiqini gecikdirə bilər.
Oxu24.com xəbər verir ki, bu barədə EUobserver öz mənbələrinə istinadən məlumat yayıb.
Macarıstan hakimiyyəti Avropa Komissiyasının Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına dair təklif etdiyi tam qadağadan istisnalar axtarır.
Bununla belə, Budapeşt veto hüququndan istifadə etməyi planlaşdırmır, çünki həm baş nazir Viktor Orban, həm də ABŞ prezidenti Donald Tramp Rusiyadan LNG-nin alınmasını tamamilə qadağan etmək ideyasını dəstəkləyir.
Buna görə də Macarıstan digər Aİ ölkələrinin liderləri ilə potensial məhdudiyyətlərin konkret müddəaları ilə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir.
Slovakiya isə öz növbəsində Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləməsini daxili yanma mühərrikli avtomobillərin istehsalına planlaşdırılan məhdudiyyətlərin yumşaldılması ilə əlaqələndirmək niyyətindədir.
Baş nazir Robert Fikonun bu məsələni Avropa Şurasının oktyabrın 23-24-də keçirilməsi planlaşdırılan iclasında qaldıracağı gözlənilir.
Sentyabrın 19-da Avropa Komissiyası yeni sanksiyalar paketinin məzmununu təqdim edib. O, Rusiya banklarına məhdudiyyətlər, bəzi yanacaq növlərinin idxalına qadağa və Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə təkliflərini özündə əks etdirib.
Nigar
00:45 / 26 May 2026
36
00:09 / 26 May 2026
61
00:04 / 26 May 2026
112
23:56 / 25 May 2026
197
23:50 / 25 May 2026
117
23:42 / 25 May 2026
165
23:41 / 25 May 2026
203
23:39 / 25 May 2026
133
23:36 / 25 May 2026
70
23:34 / 25 May 2026
160
23:26 / 25 May 2026
147
23:24 / 25 May 2026
123
23:22 / 25 May 2026
81
23:17 / 25 May 2026
74
23:13 / 25 May 2026
55
23:12 / 25 May 2026
69
23:07 / 25 May 2026
68
23:04 / 25 May 2026
68
23:01 / 25 May 2026
129
22:57 / 25 May 2026
82
22:54 / 25 May 2026
71
22:49 / 25 May 2026
79
22:48 / 25 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.