ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq
26 May 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
579
04.10.2025, 15:50
İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani bildirib ki, 2023-cü ilin oktyabrında HƏMAS terror hücumu o qədər ciddi məxfilik şəraitində təşkil edilib ki, hətta HƏMAS siyasi bürosunun mərhum lideri İsmayıl Haniyə və ya Seyid Həsən Nəsrullah belə onun vaxtı barədə məlumatlandırılmayıb.
Oxu24.com xəbər verir ki, Qaani İran televiziyasına verdiyi müsahibədə 2023-cü il oktyabrın 7-də başlayan “Əl-Əqsa fırtınası” əməliyyatı ilə bağlı həddindən artıq məxfiliyin olduğunu vurğulayıb.
"Maraqlısı o idi ki, nə bizə, nə Seyid Həsənə, nə də hətta HƏMAS-ın yüksək səviyyəli liderlərinə bu əməliyyatın dəqiq vaxtı barədə məlumat verilməyib. Qəzza əməliyyatı elan ediləndə Haniyə İraqa səfər etmək üçün hava limanına gedirdi və geri qayıdarkən xəbər tutmuşdu",-deyə o bildirib.
O, hücumla bağlı əvvəlcədən heç kimin məlumatlandırılmamasına baxmayaraq, “şəhid Seyid Həsən Nəsrullahın lazımi mərhələləri diqqətlə və metodik şəkildə müəyyənləşdirdiyini” izah edib.
General Qaani həmçinin bildirib ki, Hizbullahın təzyiqləri İsraili ordusunun üçdə birini Livanın cənubuna göndərməyə məcbur edib.
2023-cü il oktyabrın 7-də fələstinli terrorçular müasir İsrail dövlətinin tarixində ən böyük mülki vətəndaş qırğını həyata keçirib, təxminən 1200 nəfəri qətlə yetiriblər. Silahlılar həmçinin 250 nəfəri girov götürərək Qəzza zolağına aparıblar. Girovların bəziləri dəyişdirilib və ya azad edilib, bəziləri isə ölüb.
Nigar
12:13 / 26 May 2026
1
12:11 / 26 May 2026
7
12:09 / 26 May 2026
21
12:04 / 26 May 2026
38
12:02 / 26 May 2026
35
12:02 / 26 May 2026
29
12:01 / 26 May 2026
42
11:50 / 26 May 2026
50
11:49 / 26 May 2026
43
11:37 / 26 May 2026
56
11:30 / 26 May 2026
67
11:21 / 26 May 2026
61
11:20 / 26 May 2026
66
11:17 / 26 May 2026
66
10:56 / 26 May 2026
214
10:55 / 26 May 2026
73
10:50 / 26 May 2026
78
10:40 / 26 May 2026
316
10:35 / 26 May 2026
87
10:33 / 26 May 2026
74
10:16 / 26 May 2026
534
10:12 / 26 May 2026
82
10:04 / 26 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.