Ermənistanın Azərbaycana satmaq istədiyi məhsullar - SİYAHI
26 Dekabr 2025, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
513
04.10.2025, 11:54
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim”.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial media hesabında yazıb.
Baş nazirin xanımı digər oxuculara da kitabı mütaliə etməyi məsləhət görüb:
“Onu digər elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu dərc edildikdən dərhal sonra oxuyacaqlar. Maraqları beynəlxalq münasibətlərə aid kitabların əhatə dairəsindən kənarda qalan, amma qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün bunu deyim:
Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarının nəzərdən keçirilməsi və təşkilatı dövrümüzün çağırışlarına cavab vermək üçün real alətlər dəsti ilə təmin etməkdən bəhs edir. Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə bağlı qala bilməz: “Dünya beşdən böyükdür”.
Həmçinin oxuyun
Kitabda bəşəriyyətin durumu, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün, 25 milyona yaxın qaçqın olduğu barədə məlumatlar da öz əksini tapıb.
Kitabın adı “Daha ədalətli dünya mümkündür”. Əlbəttə, daha ədalətli dünya mümkündür”.
Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial media hesabında Türkiyə liderinin kitabını oxumağa başaladığını yazmışdı.
Rəcəb Tayyib Ərdoğan sözügedən kitabı ötən ilin sentyabrında Nyu-Yorkda görüşdə Nikol Paşinyana hədiyyə etmişdi.(Telegraf)
00:04 / 26 Dekabr 2025
1
23:58 / 25 Dekabr 2025
23
23:54 / 25 Dekabr 2025
13
23:41 / 25 Dekabr 2025
18
23:34 / 25 Dekabr 2025
22
23:26 / 25 Dekabr 2025
38
23:14 / 25 Dekabr 2025
94
23:06 / 25 Dekabr 2025
25
23:01 / 25 Dekabr 2025
29
22:43 / 25 Dekabr 2025
781
22:33 / 25 Dekabr 2025
34
22:30 / 25 Dekabr 2025
295
22:21 / 25 Dekabr 2025
48
22:11 / 25 Dekabr 2025
42
22:08 / 25 Dekabr 2025
246
21:39 / 25 Dekabr 2025
48
21:23 / 25 Dekabr 2025
181
20:00 / 25 Dekabr 2025
447
19:53 / 25 Dekabr 2025
75
19:37 / 25 Dekabr 2025
835
19:31 / 25 Dekabr 2025
1608
19:24 / 25 Dekabr 2025
153
19:06 / 25 Dekabr 2025
1381
19:04 / 25 Dekabr 2025
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.