Qaynar xətt:

(+99450) 247 90 86

İran 11 sentyabr qurbanlarının yaxınlarına milyardlarla dollar verməlidir - ŞOK QƏRAR

İran 11 sentyabr qurbanlarının yaxınlarına milyardlarla dollar verməlidir - ŞOK QƏRAR

DÜNYA

1992

02.05.2018, 23:30

\"\" ABŞ məhkəməsi İranın 11 sentyabr terror aktının qurbanlarının yaxınlarına milyardlarla dollar kompensasiya verilməsi ilə bağlı qərar qəbul edib. Bununla bağlı The Hill nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Oxu24.com  xəbər verir ki, qərara əsasən, İran İslam Respublikası İslam Keşikçiləri Korpusu (SEPAH) və İran Mərkəzi Bankı 1008 nəfərin ölümündə təqsirli bilinib. Bununla əlaqədar İran həlak olanların yaxınlarına kompensasiya ödəməlidir:
Kompensasiyanın həcmi qohumluq dərəcəsindən asılıdır: ölənlərin həyat yoldaşlarının hər birinə 12,5 milyon dollar, valideynlərinə və övladlarının hər birinə 8,5 milyon dollar, bacı və qardaşlarının hər birinə 4,25 milyon dollar ödənilməlidir. 11 sentyabr terror aktlarının araşdırılması üçün xüsusi komissiya hadisədə İranın iştirakının sübuta yetirilmədiyini açıqlayıb. Buna baxmayaraq, Nyu York məhkəməsi qərar qəbul edib ki, Tehran guya \"Əl-Qaidə\" terror qruplaşmasına maddi yardım göstərib.