Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
05.10.2026, 17:54
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarında pulsuz girişin taleyi ilə bağlı yeni detallar, eləcə də bu tətbiqin digər stansiyalara şamil olunması ehtimalı diqqət çəkir.
Oxu24.com xəbər verir ki, “Avtovağzal” və “Xocəsən” metrostansiyalarında tətbiq edilən ödənişsiz girişlə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.
Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şöbəsindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hər iki stansiyada ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib.
Qeyd olunub ki, bununla bağlı qərar tədbirin həmin ərazidə sərnişin axınının bölüşdürülməsinə və nəqliyyat yükünün tarazlaşdırılmasına təsiri nəzərə alınmaqla veriləcək.
Bəs gələcəkdə digər metrostansiyalarda da ödənişsiz giriş tətbiq oluna bilərmi?
Bakı Metropolitenindən bildirilib ki, “Avtovağzal” və “Xocəsən” stansiyalarında ödənişsiz giriş xətlərin ayrılması layihəsi çərçivəsində sərnişinlərin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi, eyni zamanda sərnişin axınının daha səmərəli paylanması məqsədilə tətbiq edilən xüsusi tənzimləmə tədbiridir.
Bu yanaşmanın Bakı-Sumqayıt və Bakı-Şamaxı istiqamətlərindən gələn sərnişinlərin şəhər mərkəzinə çatmadan metro şəbəkəsinə yönləndirilməsinə və “20 Yanvar” ərazisində yerüstü nəqliyyat yükünün azaldılmasına xidmət etdiyi vurğulanıb.
Digər stansiyalarda da belə bir tətbiqin olub-olmayacağı ilə bağlı isə konkret qərar açıqlanmayıb.
Metropolitendən qeyd edilib ki, qarşıdakı dövrdə ictimai nəqliyyat üzrə mərkəzləşdirilmiş təhlillər davam etdiriləcək və yeni qərarlar olduqda ictimaiyyətə təfsilatlı məlumatlar təqdim ediləcək.
Ödənişsiz giriş sıxlığı azaldıb?
Qurumdan bildirilib ki, hazırda ödənişsiz girişin tətbiqindən sonra sərnişin axınlarında baş verən dəyişikliklər, o cümlədən digər metro stansiyalarına və yerüstü nəqliyyata mümkün təsirlər izlənilir.
İlkin mərhələdə “Xocəsən” və “Avtovağzal” stansiyalarında sərnişin girişlərinin dinamikası ilə yanaşı, digər metro stansiyalarında və alternativ yerüstü nəqliyyat marşrutlarında sərnişin sayındakı dəyişikliklər də müqayisə edilir.
Lakin Bakı Metropolitenindən bildirilib ki, müşahidə dövrü hazırda nisbətən qısa olduğundan, ödənişsiz girişin digər stansiyalarda və ya yerüstü nəqliyyatda sıxlığın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olduğunu söyləmək üçün kifayət qədər əsas yoxdur.
Qiymətləndirmə zamanı əvvəlki dövrlərin göstəriciləri, həftənin eyni günləri və sərnişin axınına təsir edə biləcək digər amillər də nəzərə alınır.
Bakı Metropoliteni vurğulayıb ki, müşahidələr davam etdirilir.
Daha uzunmüddətli məlumatlar toplandıqdan sonra ödənişsiz girişin sərnişin axınlarının bölüşdürülməsinə və nəqliyyat yüklənməsinə təsiri barədə daha dəqiq nəticə əldə etmək mümkün olacaq.
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.