Bakıda məktəbdə insident: Yaralılar və saxlanılanlar var
28 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
219
05.10.2026, 21:37
Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Oxu24.com-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub.
Bu çərçivədə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.