Bakıda məktəbdə insident: Yaralılar və saxlanılanlar var
28 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2884
05.10.2026, 16:16
Valideyn-namizədə uyğun uşağın, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkilinə dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 (on)) gün müddətində 6 (altı) saatadək qısalda bilər.
Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edəcək.
İndiyə qədər valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilirdi.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilərdi.
Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edirdi.
07:33 / 29 Oktyabr 2026
14
07:32 / 29 Oktyabr 2026
17
01:47 / 29 Oktyabr 2026
741
01:20 / 29 Oktyabr 2026
719
01:13 / 29 Oktyabr 2026
293
00:04 / 29 Oktyabr 2026
551
23:58 / 28 Oktyabr 2026
126
23:54 / 28 Oktyabr 2026
22648
23:53 / 28 Oktyabr 2026
689
23:46 / 28 Oktyabr 2026
149
23:33 / 28 Oktyabr 2026
302
23:20 / 28 Oktyabr 2026
183
23:19 / 28 Oktyabr 2026
658
23:14 / 28 Oktyabr 2026
109
23:10 / 28 Oktyabr 2026
150
22:50 / 28 Oktyabr 2026
1414
22:45 / 28 Oktyabr 2026
111
22:37 / 28 Oktyabr 2026
105
22:33 / 28 Oktyabr 2026
103
22:29 / 28 Oktyabr 2026
470
20:59 / 28 Oktyabr 2026
103
20:36 / 28 Oktyabr 2026
133
20:29 / 28 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.