İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
20 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
329
05.10.2026, 21:18
İranın dəyişməz siyasəti qonşu ölkələrlə münasibətləri praktik və strateji səviyyədə inkişaf etdirmək və gücləndirməkdir.
Oxu24.com xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tehranda görüşündə deyib.
"Ümid edirəm ki, İran və Ermənistan arasında strateji əməkdaşlıq müqaviləsi yaxın gələcəkdə nəhayət razılaşdırılacaq", - o bildirib.
O əlavə edib ki, İran və Ermənistan nəqliyyat yolları da daxil olmaqla, Qafqazda regional məsələləri də müzakirə etməlidir:
“Bu gün Qafqaz regionunun sülhə həmişəkindən daha çox ehtiyacı var və bu, rəsmi sərhədlərin möhkəmləndirilməsi ilə təmin edilməlidir. Təcrübə göstərir ki, regiondan kənar qüvvələrin müdaxiləsi qeyri-sabitliyə səbəb ola bilər.
Misal üçün, Fars körfəzi bölgəsində xarici güclərin gəldiyini və bəzi ölkələrin onların mövcudluğunun təhlükəsizliyini təmin edə biləcəyini düşündüyünü, lakin nəticədə qeyri-sabitliyin yarandığını görürük. Bu güclər yalnız bölgədəki ölkələrin imkanlarına və resurslarına çıxış əldə etməyə çalışır və öz maraqlarını güdürlər.
Ümid edirik ki, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə fikir mübadiləsi və sabit, ardıcıl əməkdaşlıq tranzit, enerji və digər sahələrdə imkanların yaradılmasına töhfə verəcək və praktik nəticələr doğuracaq”.
Qalibaf vurğulayıb ki, amerikalılar İranla hərbi qarşıdurmada heç bir məqsədlərinə çatmayıblar və məğlub olublar, siyasi sahədə isə memorandumun icrası zamanı əldə edilən razılaşmaları pozublar və bununla da öz nüfuzlarına daha bir zərbə vurublar.Axar.az
10:20 / 20 Noyabr 2026
13
10:20 / 20 Noyabr 2026
19
10:16 / 20 Noyabr 2026
38
10:10 / 20 Noyabr 2026
51
10:10 / 20 Noyabr 2026
45
10:03 / 20 Noyabr 2026
145
10:00 / 20 Noyabr 2026
80
10:00 / 20 Noyabr 2026
79
09:51 / 20 Noyabr 2026
68
09:46 / 20 Noyabr 2026
69
09:41 / 20 Noyabr 2026
75
09:34 / 20 Noyabr 2026
97
09:31 / 20 Noyabr 2026
486
09:26 / 20 Noyabr 2026
74
09:14 / 20 Noyabr 2026
82
09:01 / 20 Noyabr 2026
63
08:37 / 20 Noyabr 2026
60
23:55 / 19 Noyabr 2026
160
23:26 / 19 Noyabr 2026
204
23:22 / 19 Noyabr 2026
207
23:15 / 19 Noyabr 2026
216
23:15 / 19 Noyabr 2026
194
23:06 / 19 Noyabr 2026
483
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.