Tehrandan Vaşinqtona vacib ÇAĞIRIŞ
05 Oktyabr 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
42
05.10.2026, 21:11
Regiondakı son geosiyasi hadisələr nəqliyyat sahəsində Azərbaycana marağı artırıb.
Bunu Oxu24.com-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan strateji mövqeyə malikdir: "Regionda baş verən mürəkkəb geosiyasi vəziyyət isə onun əhəmiyyətini daha da artırır. Yaxın Şərqdəki müharibələr, Qırmızı dəniz, Hörmüz boğazı, Süveyş kanalı ilə bağlı gərginliklər ümumi olaraq quru daşımalarına, yəni qurudan keçən dəhlizlərə marağı artırıb. Hazırda bizim "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizinə alternativimiz yoxdur. Buna səbəb isə şimal və cənub qonşularımızın həm sanksiya altında, həm də müharibə vəziyyətində olmasıdır. Bu da bizim ölkəyə marağı daha da artırır".
Ekspert qeyd edib ki, son 20 ildə Azərbaycan fərqli nəqliyyat növləri üzrə ciddi tərəqqiyə nail olub: "Yəni buraya boru kəmərləri sistemləri, neft-qaz kəmərləri, hava limanları, hava dəhlizlərinin optimallaşdırılması daxildir. Bu mənada daha qısa marşrutun formalaşmasının əhəmiyyəti böyükdür. Dəniz limanlarının inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Onsuz Xəzər dənizində bizim üstün mövqeyimiz var: həm donanma sayına görə, həm də ki çoxfunksional liman infrastrukturu baxımından şaxələnmiş dəmir yolu və avtomobil yollarına görə. Bu illər ərzində bu infrastruktura kifayət qədər çox investisiya qoyulub".
R.Ağamirzəyev deyib ki, ölkə əraziləri işğaldan azad olunduqdan sonra Zəngəzur dəhlizi ideyasının təşəbbüskarı da məhz Azərbaycan olub: "Bu istiqamətdə aktiv işlər görülür. Düşünürəm ki, yaxın illərdə hər iki dəhliz ["Şimal-Cənub" və "Şərq-Qərb"] üzrə yük artımı gözlənilir. Doğrudur, bəzi dəhlizlərdə çatışmayan elementlər var. "Şimal-Cənub" dəhlizi ilə bağlı çatışmayan element İran ərazisindəki Rəşt-Astara dəmir yolu xətti ilə bağlıdır. Son məlumatlara görə, bu istiqamətdə torpaq sahəsinin ayrılması işləri bitib və ilkin mühəndis axtarış işləri görülür. Bu dəmir yolu xəttinin yaxın 3 il ərzində tikilərək istifadəyə verilməsi planlaşdırılır. Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsü artıq tikilib. Buna görə də yaxın zamanlarda bu avtomobil yolunun açılması üçün zəmin yaranıb".
Ekspert hesab edir ki, istər şimal-cənub, istər şərq-qərb, istər şimal-qərb və istərsə də cənub-qərb marşrutları üzrə mövcud infrastruktur fərqli istiqamətlərə yükün daşınmasına dair böyük potensiala malikdir: "Bu komanda işidir. Qeyd etmək istərdim ki, Azərbaycan dəhlizlərlə bağlı üzərinə düşəni edir. Bizim dəhlizlərlə bağlı tərəfdaş ölkələrin infrastrukturunun nə dərəcədə hazır olub-olmaması da önəmli məsələdir".
O, hazırda anbar təsərrüfatının artırılması vacib olduğunu qeyd edib: "Bununla Azərbaycana gətirilən yük uzun müddət saxlanılacaq və sonradan yeni yük formalaşdırılılacaq. Nəticədə əlavə dəyər yaradılacaq. Üstəlik, Orta Dəhliz boyu yeni logistika mərkəzlərinin yaradılmasına da diqqət yetirmək lazımdır. Digər məsələ müxtəlif növ yüklərin daşınması ilə bağlıdır. Maye, səpkili yüklər, taxılın daşınması ilə bağlı Bakı Beynəlxalq Dəniz Limanında imkanlar var. Düşünürəm ki, digər növ yüklərin, məsələn, təhlükəli yüklərin daşınması bu dəhlizin potensialını artıra bilər. Buraya qabaritsiz yüklərin daşınması imkanları da daxildir. Yəni hər hansı böyük qurğuların daşınması üzrə bu dəhlizin imkanları qiymətləndirilməlidir".
Onun fikrincə, ən əsas perspektivlərdən biri isə istehsal lokalizasiyalarının Azərbaycana gətirilməsidir: "Çünki ölkə Avropanın və Asiyanın tam mərkəzində yerləşir. Yəni iki qitənin tam əlaqələndirici mərkəzi rolundadır. Eyni zamanda, "Şimal-Cənub" layihəsində də ən qısa marşrutu təklif edirik. Ümumiyyətlə, bu illər ərzində formalaşmış ənənəvi marşrutların da ciddi şaxələnməsinə ehtiyac var. Yəni regionda hadisələr o qədər sürətlə cərəyan edir ki, bir tərəfdən, rəqabət, digər tərəfdən isə quru dəhlizlərinə maraq artır. Doğrudur, dəniz dəhlizləri yenə də 90 % paya malikdir. Amma dəniz daşımalarında da böyük daşıyıcılar yeni konteyner gəmilərini sifariş edirlər. Bu da dəniz daşımalarında da rəqabətin artdığını göstərir".
R. Ağamirzəyev əlavə edib ki, bu baxımdan Azərbaycanın və Orta Dəhlizin inkişafına maraqlı olan region ölkələrinin bu günə kimi gördüyü işləri məntiqi baxımdan tamamlaması vacibdir.
21:57 / 05 Oktyabr 2026
7
21:53 / 05 Oktyabr 2026
14
21:50 / 05 Oktyabr 2026
3432
21:45 / 05 Oktyabr 2026
1448
21:40 / 05 Oktyabr 2026
29
21:37 / 05 Oktyabr 2026
33
21:26 / 05 Oktyabr 2026
32
21:18 / 05 Oktyabr 2026
43
21:05 / 05 Oktyabr 2026
58
20:59 / 05 Oktyabr 2026
78
20:53 / 05 Oktyabr 2026
60
20:50 / 05 Oktyabr 2026
77
20:47 / 05 Oktyabr 2026
508
20:41 / 05 Oktyabr 2026
61
20:15 / 05 Oktyabr 2026
68
19:54 / 05 Oktyabr 2026
93
19:49 / 05 Oktyabr 2026
89
19:34 / 05 Oktyabr 2026
194
19:20 / 05 Oktyabr 2026
75
19:03 / 05 Oktyabr 2026
96
19:00 / 05 Oktyabr 2026
150
18:42 / 05 Oktyabr 2026
104
18:35 / 05 Oktyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.