Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA
05 Oktyabr 2026, 18:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
05.10.2026, 18:35
Avtomobil almaq istəyən şəxslər bəzən tələsik qərar verərək sonradan ciddi problemlərlə üzləşirlər. Xüsusilə avtomobilə yalnız zahiri görünüşünə görə qiymət vermək, onu axşam və ya gecə saatlarında yoxlatmadan almaq, mühərrik və digər texniki hissələri mütəxəssisə göstərməmək ən çox rast gəlinən səhvlər sırasındadır.
Bəzi alıcılar avtomobili gündüz deyil, axşam saatlarında görməyə üstünlük verirlər. Hava qaraldıqdan sonra avtomobilə qısa müddət baxılır, maşının ümumi görünüşü bəyənilir və heç bir texniki yoxlama aparılmadan alış həyata keçirilir. Lakin səhər avtomobilə yenidən baxdıqda və ya ustaya göstərdikdə əvvəlcə nəzərdən qaçan bir sıra problemlər üzə çıxa bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən mütəxəssis Elnur Rzayev bildirib ki, avtomobil alarkən insanların yol verdiyi ən böyük səhvlərdən biri nəqliyyat vasitəsini tələsik və yoxlatdırmadan almaqdır.
“İnsanların avtomobil alarkən ən çox etdiyi səhvlərdən biri maşını axşam vaxtı görüb almaqdır. Hava qaralıb, avtomobil hansısa yerdədir, gedib baxırlar, zahiri görünüşünü bəyənirlər və düşünürlər ki, maşın yaxşı vəziyyətdədir. Bəzən heç ustaya da göstərmədən həmin avtomobili alırlar.
Səhər isə vəziyyət tamamilə fərqli görünə bilər. Gün işığında avtomobilə baxanda kuzada əvvəldən görünməyən izlər, rəng fərqləri, müxtəlif problemlər üzə çıxa bilər. Daha sonra avtomobil texniki baxışdan keçiriləndə isə alıcının ümumiyyətlə bilmədiyi nasazlıqlar aşkarlana bilər. Bu səbəbdən avtomobilin yalnız gözə xoş görünməsi onun texniki cəhətdən saz olduğu anlamına gəlmir”.
Mütəxəssis qeyd edib ki, avtomobil alarkən “özüm baxdım, bəyəndim və aldım” yanaşması düzgün deyil. Çünki alıcının avtomobil barədə müəyyən məlumatı olsa belə, peşəkar diaqnostika zamanı üzə çıxan problemləri hər zaman müəyyənləşdirmək mümkün olmur.
“İnsan özü baxır, özü bəyənir və özü qərar verir. Amma bu, düzgün yanaşma deyil. Avtomobili mütləq öz mütəxəssisinə göstərmək lazımdır. Çünki avtomobilin müəyyən xüsusiyyətlərini və spesifik problemlərini həmin marka üzrə çalışan usta daha yaxşı bilir.
Məsələn, mən Honda üzrə mütəxəssisəmsə, mənim yanıma Mercedes gətirib onun bütün problemlərini tam şəkildə müəyyənləşdirməyimi gözləmək düzgün deyil. Eyni şəkildə Hyundai avtomobilini də başqa markanın mütəxəssisinə göstərmək doğru yanaşma olmaya bilər. Hər avtomobilin özünəməxsus xüsusiyyətləri, müəyyən xəstəlikləri və tez-tez rast gəlinən problemləri olur. Həmin markanın ustası isə bunları daha yaxşı bilir”.
Elnur Rzayevin sözlərinə görə, eyni marka daxilində belə müxtəlif mühərrik və sürətlər qutularının öz spesifik xüsusiyyətləri ola bilər. Buna görə avtomobili yalnız ümumi diaqnostikadan keçirmək deyil, konkret model və mühərrik üzrə təcrübəsi olan ustaya göstərmək daha məqsədəuyğundur.
“Bir avtomobilin hansı mühərriklə təchiz olunduğunu, həmin mühərrikdə hansı problemlərin daha çox yarandığını, sürətlər qutusunun hansı xüsusiyyətlərə malik olduğunu həmin avtomobillə işləyən usta daha yaxşı bilir. Bəzən adi baxış zamanı heç bir problem görünmür, amma model üzrə təcrübəli usta müəyyən səslərə, işləmə xüsusiyyətlərinə və ya başqa əlamətlərə əsasən problemdən şübhələnə bilər.
Ona görə avtomobil alarkən yalnız satıcının dediklərinə və maşının xarici görünüşünə güvənmək olmaz. Satıcı avtomobilin ideal vəziyyətdə olduğunu deyə bilər, amma alıcının əsas məqsədi müstəqil şəkildə avtomobilin real vəziyyətini müəyyənləşdirmək olmalıdır”.
Mütəxəssis xüsusilə avtomobilin axşam saatlarında alınmasına diqqət çəkib. Onun sözlərinə görə, zəif işıqlandırma avtomobilin kuzovundakı bir sıra qüsurların müəyyən edilməsini çətinləşdirə bilər.
“Avtomobili mümkün qədər gün işığında görmək lazımdır. Kuzanın rəng fərqləri, boya işləri, cızıqlar, dəyişdirilmiş detallar və digər məsələlər işıqlandırmadan asılı olaraq fərqli görünə bilər. Axşam vaxtı isə bunların bir hissəsini müəyyən etmək çətin olur.
Bundan başqa, avtomobili hərəkətdə yoxlamaq da vacibdir. Mühərrikin səsi, sürətlər qutusunun işləməsi, əyləc sistemi, sükan, asqı və digər mexanizmlərin vəziyyəti yalnız avtomobil dayanmış vəziyyətdə tam qiymətləndirilə bilməz”.
Elnur Rzayev hesab edir ki, avtomobil alarkən bir qədər artıq vaxt və müəyyən məbləğ sərf edib peşəkar yoxlama aparmaq sonradan yarana biləcək böyük xərclərin qarşısını ala bilər. Çünki alıcı avtomobili əldə etdikdən sonra ciddi nasazlıq aşkarlanarsa, təmir xərcləri bəzən ilkin qənaətdən dəfələrlə çox ola bilər.
“Avtomobil alarkən insan bir neçə saatını və müəyyən məbləği diaqnostikaya ayırmaq istəməyə bilər. Amma düşünmək lazımdır ki, bu, avtomobilin ümumi qiyməti ilə müqayisədə çox kiçik məsələdir. Əsas məqsəd avtomobili aldıqdan sonra böyük xərc qarşısında qalmamaqdır.
Ən düzgün variant odur ki, alıcı əvvəlcə avtomobili gün işığında görsün, sonra onu kompüter diaqnostikasından keçirsin, kuzovuna baxdırsın, mühərriki, sürətlər qutusunu və yürüş hissəsini yoxlatdırsın. Bundan əlavə, həmin marka üzrə ixtisaslaşmış ustanın rəyini alsın. Yalnız bundan sonra qərar vermək daha məqsədəuyğundur”.
Mütəxəssis alıcılara avtomobilin satıcısının seçdiyi ustaya deyil, mümkün qədər özlərinin güvəndiyi və avtomobili satan şəxslə maraq konflikti olmayan mütəxəssisə müraciət etməyi də tövsiyə edib.
Onun sözlərinə görə, avtomobilin texniki vəziyyəti barədə obyektiv fikir əldə etmək üçün yoxlama müstəqil şəkildə aparılmalıdır. Satıcının “bu maşında heç bir problem yoxdur” deməsi alıcı üçün kifayət qədər əsas hesab edilməməlidir.
Beləliklə, avtomobil almaq istəyən şəxslər üçün əsas qaydalardan biri tələsməmək və avtomobili yalnız zahiri görünüşünə görə qiymətləndirməməkdir. Xüsusilə axşam saatlarında, qısa müddətdə və ustaya göstərilmədən avtomobil almaq sonradan gözlənilməz problemlərlə nəticələnə bilər.
Avtomobilə pul ödəməzdən əvvəl onu mütləq mütəxəssisə göstərmək, mümkün qədər gün işığında yoxlamaq və konkret marka-model üzrə təcrübəli ustanın rəyini almaq alıcını sonradan yarana biləcək ciddi xərc və problemlərdən qoruya bilər.
Nigar
Həmçinin oxuyun
19:00 / 05 Oktyabr 2026
7
18:42 / 05 Oktyabr 2026
30
18:29 / 05 Oktyabr 2026
32
18:21 / 05 Oktyabr 2026
31
18:08 / 05 Oktyabr 2026
54
18:04 / 05 Oktyabr 2026
92
17:59 / 05 Oktyabr 2026
56
17:56 / 05 Oktyabr 2026
59
17:54 / 05 Oktyabr 2026
58
17:53 / 05 Oktyabr 2026
58
17:52 / 05 Oktyabr 2026
59
17:44 / 05 Oktyabr 2026
617
17:23 / 05 Oktyabr 2026
79
16:47 / 05 Oktyabr 2026
81
16:16 / 05 Oktyabr 2026
1298
16:06 / 05 Oktyabr 2026
277
16:03 / 05 Oktyabr 2026
115
15:55 / 05 Oktyabr 2026
79
15:41 / 05 Oktyabr 2026
91
15:32 / 05 Oktyabr 2026
146
15:31 / 05 Oktyabr 2026
195
15:25 / 05 Oktyabr 2026
70
15:18 / 05 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.