Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
370
05.10.2026, 20:50
Bu ilin sentyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində illik artım 14,3% səviyyəsində qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) məlumat yayıb.
Məlumata görə, ən yüksək göstərici Səbail rayonunda müşahidə edilib – 22%. Keçən ilin eyni dövrü ilə müqayisədə Yasamal rayonunda bahalaşma 20,6%, Xətai rayonunda isə 19% təşkil edib.
Sentyabr ayı ərzində Nəsimi və Nərimanov rayonlarında yeni tikili mənzillərin qiymətləri 17,8%, Nizami rayonunda 16,4%, Binəqədi rayonunda isə 15% yüksəlib. Qalan rayonlarda qiymət artımı nisbətən mülayim olub. Suraxanıda 9,8%, Sabunçuda 10%, Pirallahıda 7,5%, Xəzər rayonunda 6,1%, Qaradağ rayonunda isə 5% bahalaşma qeydə alınıb.
AQC-nin təhlilinə görə, yeni tikili mənzillərdəki qiymət artımına yeni layihələrin coğrafi mövqeyi, tikinti keyfiyyəti, infrastruktur imkanlarına yaxınlıq, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin təklif etdiyi şərait, həmçinin müasir mənzillərə artan tələbat təsir göstərib.
Sentyabr ayında avqust ayı ilə müqayisədə paytaxtda yeni tikili mənzillər üzrə 1,4%-lik qiymət artımı müşahidə olunub. Avqustla müqayisədə sentyabrda paytaxt rayonları arasında yeni tikili mənzillərdə ən yüksək aylıq bahalaşma yenə Səbail rayonunda qeydə alınıb – 2,15%. Yasamal rayonunda qiymətlər 2,01%, Nəsimi və Nərimanov rayonlarında isə 1,74% artıb.
Ötən ay Xətai rayonunda aylıq qiymət artımı 1,86%, Nizamidə 1,6%, Binəqədidə isə 1,47% olub. Nisbətən aşağı aylıq bahalaşma Sabunçu (0,98%), Suraxanı (0,96%), Xəzər (0,6%), Pirallahı (0,73%) və Qaradağ (0,49%) rayonlarında müşahidə edilib.
Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb-təklif nisbətindən, ərazinin xarakterik xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisəli göstəricilər, rayonlararası qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını əsas götürüb. Rayonlar üzrə göstəricilərin hesablanması zamanı ərazilərin bazardakı payı və əhali amili da nəzərə alınıb.
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.