Əfsanəvi yapon qadın Rusiyaya gəlir
20 Noyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
762
15.01.2025, 23:11
Avropa İttifaqı Qəzza zolağında əldə edilən atəşkəs rejimini alqışlayır və İsrail ilə Fələstin arasında uzunmüddətli və davamlı sülhün yaradılmasının vacibliyini vurğulayır.
Oxu24.com xəbər verir ki, bu barədə Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuikanın bəyanatına istinadən xəbər verir.
"Mən İsrail və HƏMAS arasında atəşkəs və razılaşmanı alqışlayıram... Aİ davamlı sülh və yenidənqurmaya nail olmaq üçün səyləri dəstəkləməyə sadiq qalır", - Avropa komissarı X sosial mediada yazıb.
Yanvarın 15-də CNN öz mənbələrinə istinadən xəbər verir ki, İsrail hakimiyyəti Qəzza zolağında atəşkəs və girovların mərhələli şəkildə azad edilməsi ilə bağlı HƏMAS hərəkatı ilə ilkin razılıq əldə edib. Hələ rəsmi olaraq açıqlanmayan razılaşmaya əsasən, HƏMAS və onun müttəfiqi yaraqlı qrupların 7 oktyabr 2023-cü il hücumları zamanı İsraildə girov götürülmüş 33 nəfəri azad edəcəyi gözlənilir. Bunun müqabilində İsrail yüzlərlə fələstinli məhbusu həbsxanalardan azad edəcək.
Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi vurğulayıb ki, Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqların davam etməsinə baxmayaraq, bəzi əsas məsələlər hələ də həllini tapmayıb. Bu məsələlərin bir neçə saat ərzində həll olunacağı gözlənilir.
Bundan əvvəl İsrail Qəzzadan olan girovları qəbul etməyə hazırlaşdığını rəsmən açıqlamışdı.
Nigar
20:33 / 20 Noyabr 2026
10
20:25 / 20 Noyabr 2026
49
20:25 / 20 Noyabr 2026
49
20:20 / 20 Noyabr 2026
43
20:18 / 20 Noyabr 2026
50
20:06 / 20 Noyabr 2026
57
20:02 / 20 Noyabr 2026
322
20:01 / 20 Noyabr 2026
50
19:50 / 20 Noyabr 2026
70
19:50 / 20 Noyabr 2026
65
19:46 / 20 Noyabr 2026
72
19:37 / 20 Noyabr 2026
89
19:37 / 20 Noyabr 2026
753
19:29 / 20 Noyabr 2026
67
19:23 / 20 Noyabr 2026
73
19:23 / 20 Noyabr 2026
68
19:16 / 20 Noyabr 2026
75
19:06 / 20 Noyabr 2026
76
18:57 / 20 Noyabr 2026
543
18:39 / 20 Noyabr 2026
83
18:30 / 20 Noyabr 2026
104
18:12 / 20 Noyabr 2026
92
18:06 / 20 Noyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.