Tanınmış polkovnikin oğlu vəfat etdi
28 Yanvar 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
960
19.12.2019, 09:08
"Pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar”.
oxu24.com xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.
İqtisadçı ekspert bildirib ki, son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır: "Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq”.
Həmçinin oxuyun
Ekspert qeyd edib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib:
"Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb.
12:52 / 28 Yanvar 2026
1
12:40 / 28 Yanvar 2026
14
12:32 / 28 Yanvar 2026
59
12:26 / 28 Yanvar 2026
33
12:21 / 28 Yanvar 2026
50
12:03 / 28 Yanvar 2026
469
11:33 / 28 Yanvar 2026
35
11:28 / 28 Yanvar 2026
38
11:25 / 28 Yanvar 2026
180
11:17 / 28 Yanvar 2026
165
11:09 / 28 Yanvar 2026
185
11:05 / 28 Yanvar 2026
45
11:03 / 28 Yanvar 2026
46
11:02 / 28 Yanvar 2026
729
11:00 / 28 Yanvar 2026
67
10:35 / 28 Yanvar 2026
338
10:27 / 28 Yanvar 2026
65
10:25 / 28 Yanvar 2026
53
09:12 / 28 Yanvar 2026
64
01:58 / 28 Yanvar 2026
271
01:01 / 28 Yanvar 2026
118
00:26 / 28 Yanvar 2026
249
00:16 / 28 Yanvar 2026
384
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.