Qaynar xətt:

(+99450) 247 90 86

Yanvarın 28-də bizi nələr gözləyir?   —    Ulduz FALI

2023/01/21/1674251435_burcler_qoroskop_0241.jpg

CƏMİYYƏT

128

27.01.2026, 23:05

Bizimyol.info günlük bürcləri təqdim edir:

Qoç

Günün əvvəlində işlər bir az çətin gedə bilər, xüsusən də ehtiyac olanda kömək və dəstək almağa öyrəşmiş Qoçlar üçün. İndi daha yaxşısı, öz gücünüzə arxayın olasınız. Həmkarlar və tərəfdaşlarla münasibətlər o qədər də rəvan alınmaya bilər. Tapşırıqları həll etməyin adət etdiyiniz üsulları effekt verməyə bilər, ona görə yenilikdən çəkinməyin: eksperiment edin, yeni nələrsə düşünün, əvvəllər qeyri-adi və ya riskli saydığınız şeyləri sınayın. Məhz gündəlik işlərə fərqli baxış sizə uğur gətirəcək.

Günün ikinci yarısı tam fərqli olacaq. Bu vaxt yanınızda kömək etməyə və təcrübəsini bölüşməyə hazır insanlar peyda olacaq. Onların praktikliyi və həyat təcrübəsi çox işə yarayacaq, üstəlik etibar edə biləcəyiniz insanların yanında olduğunu bilmək sizə xoş olacaq. Fikirləşin, bəlkə darıxdırıcı işləri kiməsə tapşırasınız — bu, sizə həqiqətən vacib işlər üçün vaxt açacaq.

Buğa

Səbirli olun: bu gün o, sizə çox lazım olacaq. Əgər sakitliyinizi qorusanız və vacib qərarlarda tələsməsəniz, bir çox gərgin məqamdan yayınacaq, ciddi səhvlərə yol verməyəcək və bədxahların qurduğu tələlərə düşməyəcəksiniz.

Həmkarlar və rəhbərliklə münasibətlər asan olmayacaq: fikir ayrılığı və anlaşılmazlıq ehtimalı böyükdür, üstəlik köhnə incikliklər və iradlar da yadınıza düşə bilər. Siz gərginliyi yumşaltmağa çalışacaqsınız, amma tam anlaşmaya gəlmək yenə də çətin ola bilər. Belə hallarda da məyus olmayın: çox güman ki, yaxın zamanda hər şey qaydasına düşəcək.

Əkizlər

Qətiyyətlə hərəkət edin. Bu gün özünüzdə istənilən tapşırığın öhdəsindən gəlməyə güc hiss edəcək və çətinliklər qarşısında geri çəkilməyəcəksiniz. Uzun müddətdir alınmayan bir işi yoluna qoymaq, çox enerji aparan bir işi uğurla bitirmək şansı var. İş sahəsində problemlər yarana bilər, amma siz onların öhdəsindən gəlməyin yolunu tapacaqsınız. Seçdiyiniz xəttdən dönməyin və özünüzə inanın. Məqsədə doğru inamla irəliləməyiniz bir çoxlarında yaxşı təəssürat yaradacaq. Sərfəli şərtlərlə əməkdaşlıq təklifi də istisna deyil.

Gün qeyri-rəsmi ünsiyyət üçün əlverişlidir. Yeni tanışlarla yola getmək sizə asan olacaq. Təsadüfi bir görüş və səmimi söhbət dostluq və ya romantik münasibətlərin başlanğıcına çevrilə bilər və bu münasibətlər tezliklə sizin üçün önəmli olacaq. Ailə üzvləri ilə münasibətlər də yaxşı alınacaq; məişət və ya maliyyə məsələlərinə görə mübahisə etmək istəməyəcəksiniz. Axşam qohumların və ya köhnə dostların qonaq gəlməsi də mümkündür.

Xərçəng

Hər şey plan üzrə getməyəcək, amma buna görə narahat olmağa dəyməz. Prioritetləri düzgün müəyyən etsəniz, bu günün açdığı bütün imkanlardan necə yararlanmağın daha doğru olduğunu anlayacaqsınız.

İşdə problemlər, təcili həll tələb edən çətin tapşırıqlar istisna deyil. Bəzən şərait sizin xeyrinizə olmayacaq, adi işlər isə adət etdiyinizdən daha çətin alınacaq. Səbirli olun və məqsədə doğru yavaş irəlilədiyiniz üçün özünüzü qınamayın. Bəzi Xərçənglər həmkarlar və ya işgüzar tərəfdaşlarla yaxşı münasibətləri qorumaq üçün güzəştə getməli olacaqlar. Bunu məğlubiyyət kimi qəbul etməyin — indi kompromis ən ağıllı qərar olacaq. Həm də vaxtın bir hissəsi başqalarının səhvlərini düzəltməyə gedə bilər. Buna fəlsəfi yanaşın: köməyiniz mütləq qiymətləndiriləcək.

Şir

Əgər son vaxtlar vacib bir işə fokuslanıb bütün gücünüzü ona vermisinizsə, bu gün zəhmətinizin ilk bəhrələrini görə bilərsiniz. Əvvəllər gördüyünüz işin haqqının ödənilməsi, layiqli mükafatların alınması da mümkündür. Bu gün yenisinə başlamaqdansa, köhnə layihələri tamamlamak üçün daha uyğundur. Amma dərhal həyata keçirmək istədiyiniz bir ideya yaranarsa, işə başlamaq olar. Sadəcə tələsməsəniz, ehtiyatlı davransanız və dərhal nəticə gözləməsəniz, hər şey uğurlu alınacaq.

İşdə əsasən öz gücünüzə arxayın olun, çünki kömək çətin ki vaxtında yetişsin. Amma maksimum səy göstərsəniz, istədiyiniz nəticəni mütləq alacaqsınız. Ailə işlərinə daha çox diqqət ayırmaq da lazım gələ bilər. Bəzi Şirlər evdəki problemləri həll etməklə o qədər məşğul olacaqlar ki, iş ikinci plana keçəcək.

Qız

İndi xırdalıqlara diqqət yetirmək və istənilən tapşırığa ciddi yanaşmaq xüsusilə vacibdir. Qızları qeyri-müəyyən bir gün gözləyir, amma həyat təcrübəsi və müdriklik bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Rəhbər vəzifədə olanlara və böyük komandada işləyənlərə daha çətin olacaq. İşgüzar münasibətdə olduğunuz insanlar gözlənilməz və düşünülməmiş addımlar ata, səhvlər buraxa bilər; onları düzəltmək isə sizə düşəcək. Buna sakit reaksiya verməyə çalışın, mümkün qədər münaqişələrdən yayın.

Gün ərzində aldığınız istənilən məlumatı diqqətlə yoxlamaq lazımdır, hətta etibarlı mənbədən gəlirmiş kimi görünsə belə. Təəssüf ki, bu gün adətən güvəndiyiniz insanlar da yanıldıla bilər.

Tərəzi

Gün narahat keçəcək. Bir çox Tərəzi daxili həyəcan, özünə inamsızlıq və şübhələr ucbatından işə fokuslanmaqda çətinlik çəkəcək. Amma emosiyalara nəzarət etsəniz, görəcəksiniz ki, hər şey elə də pis deyil və bir çox işdə nəzərəçarpacaq irəliləyiş əldə etmək şansınız var.

Bu, vacib qərarlar vermək üçün ən yaxşı gün deyil. Prioritetləri düzgün müəyyənləşdirmək, kimə etibar etməyin mümkün olduğunu anlamaq çətin ola bilər. İllüziyalara qapılmamaq və istədiyinizi reallıq kimi qəbul etməmək vacibdir. İşgüzar münasibətlərdə də seçici olun. Əgər kimsə “qızıl dağlar” vəd edib demək olar ki, heç nə tələb etmirsə, sevinmək yox, ehtiyatlanmaq lazımdır.

Əqrəb

Gün maraqlı hadisələr gətirəcək və yəqin ki, həyəcan da olacaq. Amma prioritetləri düzgün seçsəniz, ciddi problemlərdən yayınacaqsınız. Bu günün əsas qaydası isə işlə şəxsi həyatı dəqiq ayırmaqdır.

İşdə xüsusilə səbirli və nəzakətli olun. Həmkarlar sizi həmişə düzgün anlamaya, can sıxan səhvlər edə, elə söz və ya hərəkətlər edə bilərlər ki, sizi çətin vəziyyətə salsın. Amma işin maraqlarına fokuslanıb əsas məsələni dərhal seçsəniz, hər şeyi sakitcə yoluna qoymaq mümkün olacaq.

Oxatan

Gün peşəkar inkişaf üçün imkanlar açacaq, ən israrlı və enerjili Oxatanlara iş sahəsində mövqelərini möhkəmləndirməyə kömək edəcək. Amma uğur üçün tapşırıqların öhdəsindən təkbaşına gəlmək bacarığı lazım olacaq. Ən yaxşı nəticəni öz gücünüzə və təcrübənizə arxayın olanda göstərəcəksiniz. Çətin iş tapşırıqlarını əla həll edəcək, həqiqətən vacib olana fokuslanacaq və təsirli nəticələr əldə edəcəksiniz.

Səhər həmkarlar və yaxınlarla ünsiyyət bir az çətin gedə bilər. İradlara həddən artıq həssas reaksiya verə, tənqidə inciyə bilərsiniz, hətta orada faydalı məqam olsa belə. Hər şeyi ürəyinizə salmayın — ola bilsin, insanlar kömək etmək istəyir, sadəcə sözlərini yaxşı seçmirlər. Vacib görüşləri və ciddi söhbətləri axşama salmaq daha yaxşıdır: o vaxt mühit daha uyğun olacaq, siz də özünüzü daha sakit və inamlı hiss edəcəksiniz.

Oğlaq

Yaxşı əhval və yumor hissi bu gün yarana biləcək istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Üstəlik kompromis tapmaq və güzəştə getmək bacarığı da sizə lazım olacaq; əks halda ünsiyyətdə gərgin məqamlardan qaçmaq çətin olar.

Xırda narahatlıqlara yüngül yanaşmaq, nəsə plan üzrə getməyəndə, anlaşılmazlıq yarananda, ya da sizə başqasının işini tamamlatdıranda (və ya başqasının səhvini düzəltdirəndə) həmkarlarla münasibətləri korlamamağa kömək edəcək. Köhnə müttəfiqlərdən və ya işgüzar tərəfdaşlardan xoş xəbərlər mümkündür. Onlardan biri ümumi məqsədlərə çatmaq üçün gücləri birləşdirməyi təklif edə bilər. Bu şansı qaçırmayın — birgə iş yaxşı nəticə verəcək.

Dolça

Bu gün başqalarının sözlərini ürəyinizə salmasanız, daxili tarazlığınızı qorusanz və xırda şeylərin əhvalınızı pozmasına imkan verməsəniz, sakit keçəcək.

İş baxımından gün pis deyil. Amma çoxlu istənilməyən məsləhətlər və tənqidi qeydlər eşidəcəksiniz; həmkarlar işinizə qarışaraq tapşırıqları vaxtında həll etməyə mane ola bilərlər. Əvvəlcə bu sizi əsəbiləşdirə bilər, amma çalışın olanlara daha fəlsəfi yanaşasınız. Hətta mümkündür ki, “xeyirxahların” aktivliyini faydalı bir istiqamətə yönəltməyin yolunu tapasınız.

Balıqlar

İşdə fikir ayrılıqları və mübahisələrdən qaçmaq çətin olacaq. Amma siz ətrafdakılarla ortaq dil tapmağa çalışacaq, sizinlə razılaşmayanları belə diqqətlə dinləyəcəksiniz. Özünüzə nəzarət etmək və çətin söhbətləri konstruktiv aparmaq bacarığı ciddi problemlərin qarşısını almağa kömək edəcək.

Şərait imkan verirsə, ixtiraçılıq, fantaziya və yaradıcı yanaşma tələb edən işlərə fokuslanın. Belə tapşırıqlarda çətin ki kimsə sizdən yaxşı olsun. Amma səliqə, diqqət və dəqiqlik tələb olunan yerdə çətinliklər yarana bilər. Düşünün, bəlkə kimdənsə kömək istəmək olar.