Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada general HƏBS EDİLDİ

Rusiyada general HƏBS EDİLDİ

DÜNYA

59

26.11.2026, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Bu barədə “Kommersant” nəşri məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Qrexov barəsində həbs qətimkan tədbiri seçib. Onun həbsi ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi təqdim edib.

Generala qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmayıb.

“Baza”nın məlumatına görə, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinir.

Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, hava hücumundan və raket hücumundan müdafiə qoşunlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2013-cü ildə hava hücumundan və raket hücumundan müdafiə qoşunlarının qərargah rəisi – komandirinin birinci müavini vəzifəsinə təyin edilib. 2015-ci ildə isə Aerokosmik Qüvvələrdə analoji vəzifəyə keçirilib.

2021-ci ildə Aerokosmik Qüvvələrin silahlanma üzrə baş komandan müavini təyin olunan Qrexova həmin il general-polkovnik hərbi rütbəsi verilib.