Qaynar xətt:

(+99450) 247 90 86

AMB: Əhalinin borclanmasında artım davam edir 

AMB: Əhalinin borclanmasında artım davam edir 

CƏMİYYƏT

47

26.11.2026, 12:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin III rübündə də Azərbaycan əhalisinin borclanmasında artım davam edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Sənədə əsasən, iyul-sentyabr aylarında respondent bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.

III rübdə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub. Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb. Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artıb. Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.