Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Ərdoğanla razılığa gəldiyini açıqladı 

Zelenski Ərdoğanla razılığa gəldiyini açıqladı 

CƏMİYYƏT

76

31.10.2026, 22:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib.

Oxu24.com xəbər verir ki, bunu Zelenski İstanbulda Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Ukrayna Prezidenti tərəflərin taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi və səmərəliliyinin artırılması istiqamətində birgə işləmək barədə razılaşdıqlarını qeyd edib: "Məqsədimiz bu dəhlizin fəaliyyətini davam etdirməsini və səmərəli şəkildə işləməsini təmin etməkdir".

O, həmçinin noyabrın ilk yarısında Ukrayna, ABŞ və Rusiya arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə hazırlıq getdiyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, Ərdoğanla görüşdə üçtərəfli danışıqlar formatının perspektivləri, Türkiyə və Avropanın prosesə cəlb olunması imkanları, eləcə də görüşlərin Türkiyədə keçirilməsi ehtimalı müzakirə edilib.