Qaynar xətt:

(+99450) 247 90 86

Leyla Əliyeva onunla  görüşüb 

Leyla Əliyeva onunla  görüşüb 

CƏMİYYƏT

68

27.10.2026, 16:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi ilə görüşüb.

Oxu24.com  xəbər verir ki, qonaq Bakının möhtəşəm memarlığı və Zəfər muzeyi ilə bağlı təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında mövcud səmərəli əməkdaşlığın səviyyəsi müsbət dəyərləndirilib.

Həmçinin ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğı qeyd olunub, paytaxtla yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradıldığı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.