Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
22.10.2026, 17:18
Mərkəzi Neftçilər Xəstəxanasında ürək fəaliyyəti qəfil dayanan pasiyent üzərində tibb heyətinin operativ müdaxiləsi nəticəsində zəruri reanimasiya tədbirləri həyata keçirilib və onun vəziyyəti stabilləşdirilib.
Bu barədə Oxu24.com-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, 1976-cı il təvəllüdlü kişi pasiyentin xəstəxanada müayinəsinə başlanılmazdan əvvəl vəziyyəti qəfil pisləşib və ürək fəaliyyətinin dayanması (kardiak arrest) baş verib. Tibb heyəti ürək-ağciyər reanimasiyası və döş qəfəsinin kompressiyaları daxil olmaqla təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirib.
Operativ və koordinasiyalı müdaxilədən sonra pasiyent Anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabilləşdikdən sonra Kardiologiya şöbəsinə köçürülüb. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir, müalicəsi və tibbi nəzarət davam etdirilir.
Qeyd edək ki, ürək-damar xəstəliyindən əziyyət çəkən və daha əvvəl kardioloji müdaxilə keçirmiş pasiyent xarici ölkələrin birində də müayinə və müalicə alıb. Lakin səhhətində gözlənilən yaxşılaşma əldə olunmadığından, müalicəsini davam etdirmək məqsədilə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.