AZAL-ın pulu ARTIRILIR
04 Noyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
14.09.2026, 19:34
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsində ata adı ilə yanaşı ana adının da qeyd olunması ilə bağlı müzakirələr aparılır. Təşəbbüsü dəstəkləyənlər bunun valideynlərin hüquqi baxımdan daha bərabər şəkildə təmsil olunmasına imkan verəcəyini düşünürlər.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hazırkı qanunvericiliyə əsasən şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı göstərilir. Ana adı isə sənədin rekvizitləri sırasında yer almır. Bunun üçün "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsinə dəyişiklik edilməlidir.
Deputat qeyd edib ki, ana barədə məlumat onsuz da doğum haqqında akt qeydlərində və şəhadətnamədə əks olunur. Söhbət həmin məlumatın şəxsiyyət vəsiqəsində də göstərilib-göstərilməməsindən gedir.
Z.Orucun sözlərinə görə, beynəlxalq təcrübədə vahid yanaşma yoxdur. Bəzi ölkələrdə valideynlərin adı şəxsiyyət sənədində ümumiyyətlə göstərilmir, Ukraynada ata adı ayrıca qeyd olunur, İspaniya və Portuqaliyada isə hər iki valideyn barədə məlumat sənəddə əksini tapır.
Parlamentari hesab edir ki, ana adının əlavə edilməsi məsələsinə iki formada yanaşmaq mümkündür: onu şəxsin adının yeni komponenti kimi göstərmək və ya vəsiqədə ayrıca "Valideynlər: ata/ana" bölməsi yaratmaq. Onun fikrincə, ikinci variant daha məqsədəuyğun ola bilər.
Z.Oruc həmçinin dəyişiklik ediləcəyi təqdirdə bütün şəxsiyyət vəsiqələrinin birdən-birə yenilənməsinin böyük maliyyə və inzibati yük yaradacağını vurğulayıb. Onun sözlərinə görə, daha optimal variant yeni verilən və müddəti bitdiyi üçün dəyişdirilən vəsiqələrdə bu məlumatın mərhələli şəkildə tətbiq edilməsidir.
Deputat məsələ ilə bağlı qanun layihəsi hazırlanmazdan əvvəl aidiyyəti dövlət qurumlarının, hüquqşünasların və mütəxəssislərin iştirakı ilə ictimai müzakirənin keçirilməsini təklif edib.
11:10 / 04 Noyabr 2026
1
11:06 / 04 Noyabr 2026
22
11:05 / 04 Noyabr 2026
27
11:03 / 04 Noyabr 2026
31
11:02 / 04 Noyabr 2026
32
10:50 / 04 Noyabr 2026
45
10:46 / 04 Noyabr 2026
201
10:39 / 04 Noyabr 2026
62
10:28 / 04 Noyabr 2026
75
10:26 / 04 Noyabr 2026
67
10:24 / 04 Noyabr 2026
125
10:16 / 04 Noyabr 2026
76
10:10 / 04 Noyabr 2026
126
10:03 / 04 Noyabr 2026
184
10:00 / 04 Noyabr 2026
88
09:54 / 04 Noyabr 2026
101
09:52 / 04 Noyabr 2026
75
09:43 / 04 Noyabr 2026
80
09:31 / 04 Noyabr 2026
93
09:30 / 04 Noyabr 2026
90
09:25 / 04 Noyabr 2026
82
09:22 / 04 Noyabr 2026
125
09:12 / 04 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.