Qaynar xətt:

(+99450) 247 90 86

AZAL-ın pulu ARTIRILIR

AZAL-ın pulu ARTIRILIR

CƏMİYYƏT

63

04.11.2026, 11:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

​Gələn il Azərbaycanın dövlət büdcəsindən "Azərbaycan Hava Yolları" QSC-yə bu illə müqayisədə 19,5 % çox - 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

Oxu24.com xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Dotasiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə ayrılır.