Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
246
09.09.2026, 19:56
Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.
Oxu24.com xəbər verir ki, qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulacaq.
Fiziki şəxslər tərəfindən əl yükündə və (və ya) müşayiət olunan baqajda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan mallar keçirildikdə gömrük orqanlarına bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim edəcəklər.
Müşayiət olunmayan baqajda (Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri istisna olmaqla) keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara dair gömrük orqanlarına bu Qaydaların 12 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim olunacaq.
Dəyişikliklərlə əlaqədar 10 və 12 nömrəli əlavələr yeni redaksiyada təsdiqlənib.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulur. Fiziki şəxslər kağız üzərində yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.
00:42 / 27 Oktyabr 2026
104
00:00 / 27 Oktyabr 2026
86
23:43 / 26 Oktyabr 2026
123
23:30 / 26 Oktyabr 2026
95
23:16 / 26 Oktyabr 2026
109
23:08 / 26 Oktyabr 2026
88
22:58 / 26 Oktyabr 2026
104
22:56 / 26 Oktyabr 2026
100
22:51 / 26 Oktyabr 2026
86
22:34 / 26 Oktyabr 2026
712
22:30 / 26 Oktyabr 2026
94
22:11 / 26 Oktyabr 2026
97
22:11 / 26 Oktyabr 2026
82
22:04 / 26 Oktyabr 2026
102
22:02 / 26 Oktyabr 2026
98
21:58 / 26 Oktyabr 2026
85
21:53 / 26 Oktyabr 2026
279
21:44 / 26 Oktyabr 2026
88
21:32 / 26 Oktyabr 2026
92
21:30 / 26 Oktyabr 2026
98
21:05 / 26 Oktyabr 2026
3362
21:02 / 26 Oktyabr 2026
102
20:56 / 26 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.