Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə 1 dəqiqəlik sükut olacaq 

Gəncədə 1 dəqiqəlik sükut olacaq 

CƏMİYYƏT

572

08.09.2026, 23:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Qəbələ” oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək./globalinfo