Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
04 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
323
27.08.2026, 14:19
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərə ali məktəblərdə boş qalan yerlər və orta ixtisas təhsili müəssisələri üzrə seçim zamanı imkanlarını düzgün qiymətləndirməyi tövsiyə edib.
Oxu24.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Məleykə Abbaszadə bildirib ki, ali məktəblərə əsas yerləşdirmə zamanı bu il müsabiqədə 87 146 nəfər iştirak edib, 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul planı 97,07 faiz dolub. Ötən illə müqayisədə tələbə adını qazananların sayı 1711 nəfər artıb.
DİM sədri qeyd edib ki, müxtəlif ixtisas qrupları və ixtisaslar üzrə rəqabət səviyyəsi ciddi fərqlənib. I və II ixtisas qruplarında müsabiqə vəziyyəti daha əlverişli olsa da, III və xüsusilə IV qruplarda bəzi ixtisaslar üzrə yüksək rəqabət yaranıb.
Onun sözlərinə görə, abituriyentlər ötən ilin keçid balını builki qəbul üçün təminat kimi qəbul etməməlidirlər. Keçid balı əvvəlcədən müəyyən edilmir və həmin il ixtisasa müraciət edənlərin nəticələri, sayı və plan yerlərindən asılı olaraq müsabiqənin sonunda formalaşır.
Məleykə Abbaszadə boş qalan yerlər üzrə seçim mərhələsində abituriyentlərin daha geniş imkanlara malik olduğunu vurğulayıb. Abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər. Seçim siyahısına 20-dək ixtisas kodu daxil etmək mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
DİM sədri bildirib ki, ali məktəblərin boş qalan yerlərinə qəbul zamanı müvafiq ixtisas qrupu üzrə birinci və ikinci mərhələnin ümumi nəticəsi, orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı isə yalnız buraxılış imtahanının ümumi balı nəzərə alınır.
O qeyd edib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub. Bu yerlər iqtisadiyyat, maliyyə, idarəetmə, turizm, logistika, İT, texnika, səhiyyə, aqrar, sosial-humanitar, pedaqoji, incəsənət və digər istiqamətləri əhatə edir.
Məleykə Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili ali məktəbə qəbul ola bilməyənlər üçün yalnız ehtiyat variant kimi qiymətləndirilməməlidir. Kolleci bitirərək subbakalavr dərəcəsi alan şəxslərin sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilə müsabiqə yolu ilə davam etmək hüququ da var.
“‘Mütləq ali məktəbə qəbul olmalıyam’ düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər”, – DİM sədri vurğulayıb.
Məleykə Abbaszadə abituriyentlərə seçim zamanı özlərinə “Mən bu ixtisasa qəbul olsam, həqiqətən burada oxumağa hazıram?” sualını verməyi tövsiyə edib.
“Məqsəd hər hansı yolla tələbə olmaq deyil. Məqsəd sizin qabiliyyətinizə, marağınıza və gələcək planlarınıza uyğun təhsil yolunu seçməkdir”, – DİM sədri bildirib.
10:03 / 04 Noyabr 2026
15
10:00 / 04 Noyabr 2026
22
09:54 / 04 Noyabr 2026
45
09:52 / 04 Noyabr 2026
41
09:43 / 04 Noyabr 2026
46
09:31 / 04 Noyabr 2026
54
09:30 / 04 Noyabr 2026
51
09:25 / 04 Noyabr 2026
52
09:22 / 04 Noyabr 2026
90
09:12 / 04 Noyabr 2026
73
09:05 / 04 Noyabr 2026
359
09:00 / 04 Noyabr 2026
100
08:58 / 04 Noyabr 2026
95
08:58 / 04 Noyabr 2026
845
08:47 / 04 Noyabr 2026
101
05:10 / 04 Noyabr 2026
199
01:45 / 04 Noyabr 2026
1910
01:07 / 04 Noyabr 2026
334
00:56 / 04 Noyabr 2026
496
00:38 / 04 Noyabr 2026
643
00:30 / 04 Noyabr 2026
670
00:29 / 04 Noyabr 2026
251
00:18 / 04 Noyabr 2026
423
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.