Bakıda işıq olmayacaq
03 Noyabr 2026, 09:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
442
27.08.2026, 12:13
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir.
Oxu24.com xəbər verir ki, abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.
Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər. Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər.
Abituriyent daha sonra "Güzəştli qəbul" bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. "Bəli" seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir.
Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır.
Abituriyentlər müraciətinin statusunu "Xidmətin tarixçəsi" bölməsindən izləyə bilərlər. Müraciət "Ödəniş edilməlidir" statusunda olduqda təhsil haqqını "Onlayn ödə" funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi "Qəbzi yüklə" seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür.
Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa "mygov" platforması üzərindən bildiriş vasitəsilə göndərilir.
09:31 / 03 Noyabr 2026
1
09:29 / 03 Noyabr 2026
13
09:28 / 03 Noyabr 2026
19
07:35 / 03 Noyabr 2026
108
06:33 / 03 Noyabr 2026
131
03:05 / 03 Noyabr 2026
348
02:30 / 03 Noyabr 2026
368
01:55 / 03 Noyabr 2026
253
00:25 / 03 Noyabr 2026
199
00:20 / 03 Noyabr 2026
469
00:15 / 03 Noyabr 2026
328
00:15 / 03 Noyabr 2026
205
00:06 / 03 Noyabr 2026
426
23:44 / 02 Noyabr 2026
349
23:39 / 02 Noyabr 2026
171
23:38 / 02 Noyabr 2026
167
23:37 / 02 Noyabr 2026
224
23:32 / 02 Noyabr 2026
152
23:28 / 02 Noyabr 2026
155
23:24 / 02 Noyabr 2026
338
23:19 / 02 Noyabr 2026
191
23:12 / 02 Noyabr 2026
164
23:05 / 02 Noyabr 2026
213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.