“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
20 Sentyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
193
06.08.2026, 10:43
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib.
O, çıxışında qeyd edib ki, əvvəllər də Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, 2025-ci ilin oktyabrın 21-də Paris Cinayət Məhkəməsi tərəfindən Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarılıb və həmin hökmə əsasən o, Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab olunub və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilib.
Məhkəmə yekun qərarında bildirib ki, həmin şəxs barəsində məhkumluğun yaranması onun hansısa cəzaya məhkum edilməsindən daha vacibdir.
"Azərbaycan tarixində ilk dəfədir ki, xaricə sığınmış, Azərbaycan dövlətinə, Azərbaycan dövlət rəsmilərinə, Azərbaycanın ayrı-ayrı ictimai-siyasi xadimlərinə qarşı şər-böhtan atan, qara yaxan, həqiqətə uyğun olmayan fikir ifadə edən bəzi blogerlərdən biri olan Qənimət Zahid haqqında sığındığı ölkədə belə bir qərarın əldə olunmasına nail olunub".
Çingiz Qənizadə bildirib ki, 2019-cu ildə başlatmış olduğu ədalət mühakiməsi prosesini 2025-ci ilin oktyabrın 21-də uğurla sona çatdırmağa nail olub. O, prosesin uzun müddət çəkməsini pandemiya dövrü ilə əlaqələndirib.
"Sonda qeyd etmək istəyirəm ki, həmin hökmlə bağlı Qənimət Zahidov həm Fransa qanunları ilə cəzalanaraq orada cərimə ödəməli olub, həm də mənə dəymiş maddi və mənəvi zərərlərə görə o kompensasiya ödəmək öhdəliyi onun boynuna qoyulub.
Düzdür, uzun müddətdir o bundan yayınmağa çalışırdı. Fransadakı vəkillərimin səyi, bacarığı və qanuna hörmət edən şəxslər kimi onların vəkillərinin də təzyiqi nəticəsində Qənimət Zahid Fransa məhkəməsinin çıxardığı zərərin ödənilməsi ilə bağlı kompensasiyaları iki gün öncə tam ödəyib.
Bu bir qələbədir və mənim niyyətim, məqsədim bu cür insanları sığındıqları ölkələrdə cəzalandırmaq idi və buna da nail oldum" - Çingiz Qənizadə fikrini yekunlaşdırıb. (Demokrat.az)
01:05 / 20 Sentyabr 2026
53
00:52 / 20 Sentyabr 2026
53
00:43 / 20 Sentyabr 2026
51
00:34 / 20 Sentyabr 2026
294
00:25 / 20 Sentyabr 2026
131
00:20 / 20 Sentyabr 2026
84
00:18 / 20 Sentyabr 2026
59
00:01 / 20 Sentyabr 2026
57
23:56 / 19 Sentyabr 2026
66
23:51 / 19 Sentyabr 2026
58
23:48 / 19 Sentyabr 2026
61
23:46 / 19 Sentyabr 2026
59
23:44 / 19 Sentyabr 2026
60
23:44 / 19 Sentyabr 2026
61
23:34 / 19 Sentyabr 2026
68
23:33 / 19 Sentyabr 2026
350
23:31 / 19 Sentyabr 2026
463
23:24 / 19 Sentyabr 2026
70
23:20 / 19 Sentyabr 2026
69
23:17 / 19 Sentyabr 2026
77
23:13 / 19 Sentyabr 2026
76
23:08 / 19 Sentyabr 2026
74
23:01 / 19 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.