Ruslar Ermənistana axın edir - ŞOK SƏBƏB
09 Noyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
590
15.07.2026, 13:23
İyulun 16-dan Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.
Bu barədə Oxu24.com-aRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.
Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.
"Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək", - məlumatda qeyd olunub.
Bildirilib ki, layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.
Layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
20:47 / 09 Noyabr 2026
18
20:42 / 09 Noyabr 2026
43
20:39 / 09 Noyabr 2026
18
20:27 / 09 Noyabr 2026
53
20:25 / 09 Noyabr 2026
386
20:14 / 09 Noyabr 2026
150
20:12 / 09 Noyabr 2026
97
20:11 / 09 Noyabr 2026
111
20:10 / 09 Noyabr 2026
135
20:06 / 09 Noyabr 2026
85
19:53 / 09 Noyabr 2026
102
19:52 / 09 Noyabr 2026
169
19:44 / 09 Noyabr 2026
144
19:44 / 09 Noyabr 2026
134
19:27 / 09 Noyabr 2026
90
19:25 / 09 Noyabr 2026
203
19:19 / 09 Noyabr 2026
131
19:15 / 09 Noyabr 2026
176
19:12 / 09 Noyabr 2026
299
19:11 / 09 Noyabr 2026
165
19:01 / 09 Noyabr 2026
100
18:57 / 09 Noyabr 2026
234
18:46 / 09 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.