Vasif Talıbovun oğlu AÇIQLAMA YAYDI
09 Noyabr 2026, 21:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
610
15.07.2026, 10:10
Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil:
"Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur".
F. Qasımov bildirib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir:
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır".
Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır.
Hakim bildirib ki, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir. Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi isə satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər.
Hakimin sözlərinə görə, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır.
21:01 / 09 Noyabr 2026
14
20:59 / 09 Noyabr 2026
15
20:47 / 09 Noyabr 2026
48
20:42 / 09 Noyabr 2026
81
20:39 / 09 Noyabr 2026
60
20:27 / 09 Noyabr 2026
65
20:25 / 09 Noyabr 2026
476
20:14 / 09 Noyabr 2026
183
20:12 / 09 Noyabr 2026
107
20:11 / 09 Noyabr 2026
117
20:10 / 09 Noyabr 2026
151
20:06 / 09 Noyabr 2026
89
19:53 / 09 Noyabr 2026
105
19:52 / 09 Noyabr 2026
202
19:44 / 09 Noyabr 2026
149
19:44 / 09 Noyabr 2026
146
19:27 / 09 Noyabr 2026
93
19:25 / 09 Noyabr 2026
211
19:19 / 09 Noyabr 2026
135
19:15 / 09 Noyabr 2026
181
19:12 / 09 Noyabr 2026
311
19:11 / 09 Noyabr 2026
172
19:01 / 09 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.