Onlar varlanacaqlar
04 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
14.07.2026, 13:11
Son zamanlarda ölkə təhsilində müzakirə olunan mövzulardan biri də buraxılış imtahanlarının blok imtahanları kimi ildə iki dəfə keçirilməsi təklifidir. Bu məsələ həm abituriyentlər, həm də təhsil mütəxəssisləri arasında birmənalı qarşılanmır və fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur. Bir tərəf bu addımın şagirdlərin stressini azaldacağını və onlara ikinci bir şans qazandıracağını müdafiə etdiyi halda, digər tərəf bunun tədris prosesinə və şagirdlərin psixoloji vəziyyətinə mənfi təsir göstərəcəyini iddia edir. Mövzu ilə bağlı həm abituriyent, həm də sahə ekspertinin fikirləri müxtəlif arqumentlərə söykənir.
Oxu24.com xəbər verir ki, məsələyə müsbət yanaşan abituriyent Nuray Ağayeva hesab edir ki, bu sistemin tətbiqi şagirdlər üçün daha ədalətli mühit yarada bilər:“Məncə, buraxılış imtahanının da blok imtahanı kimi iki dəfə keçirilməsi daha məqsədəuyğun olardı. Çünki blok imtahanında abituriyentlərə ikinci şans verilir və onlar ilk nəticələrini yaxşılaşdırmaq imkanı əldə edirlər. Buraxılış imtahanında isə bir dəfə uğursuz nəticə əldə edən şagird bütün qəbul prosesində çətinlik yaşayır. Həyəcan, səhhət problemi və ya digər gözlənilməz hallar nəticəyə təsir edə bilər. İki dəfə imtahanın keçirilməsi həm daha ədalətli qiymətləndirməyə şərait yaradar, həm də abituriyentlərin psixoloji gərginliyini azaldar”.
Məsələyə fərqli prizmadan yanaşan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə buraxılış imtahanının mahiyyətinə toxunaraq bu təklifin mənfi tərəflərini qeyd edib:“Buraxılış imtahanı mahiyyət etibarilə şagirdin 11 illik tam orta təhsil proqramını nə dərəcədə mənimsədiyini ölçən bir attestasiya prosesidir. Bu sistemin ildə iki dəfə tətbiq olunması təklifi ilk baxışdan şagirdlərə ikinci şans qazandırmaq və stressi azaltmaq məqsədi güdsə də, reallıqda mənzərə tam fərqlidir”.
Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, imtahanların tez-tez keçirilməsi stressi azaltmır, əksinə, onu xroniki bir formaya salır. Şagird bir imtahandan çıxıb dincəlmədən dərhal növbəti imtahan marafonuna daxil olur ki, bu da gənclərin emosional tükənməsinə gətirib çıxarır:“Digər tərəfdən, buraxılış imtahanı qəbul imtahanı deyil, o, minimum standartların ölçüldüyü bir attestasiya mərhələsidir. İmtahanın iki dəfə keçirilməsi şagirdlərdə onsuz da “kəsilsəm, növbəti ay verərəm” arxayınlığı yaradacaq. Bu isə gündəlik tədris prosesinə olan məsuliyyətə və dərslərə davamiyyətə ciddi şəkildə mənfi təsir göstərə bilər”.
Əmrah Həsənli qeyd edib ki, ədalətli qiymətləndirmə baxımından yanaşsaq, burada iki fərqli imtahan sessiyasının suallarının çətinlik səviyyəsini və ekvivalentliyini tam qorumaq metodoloji cəhətdən olduqca mürəkkəbdir. Bu da şagirdlər arasında qeyri-bərabər rəqabət mühiti yaradacaq. Həmçinin bunun texniki və maliyyə tərəflərini düşünsək, dövlət büdcəsinə kifayət qədər əlavə vəsait yükü olacaq; burada logistika xərcləri, imtahan prosesində iştirak edən nəzarətçilərin və imtahan rəhbərlərinin səfərbər olunması var.
Ekspert bu addımı effektiv hesab etmədiyini vurğulayıb:“Şagirdlərin real bilik dərəcəsini ədalətli qiymətləndirmək və onların stressini azaltmaq üçün imtahanların sayını artırmaq lazım deyil. Məktəbdaxili qiymətləndirmənin keyfiyyətini qaldırmaq və imtahan formatını tədris proqramına tam uyğunlaşdırsaq, daha sağlam və peşəkar bir yanaşma ortaya qoymuş olarıq. Bu isə bilavasitə abituriyentlərin nəticələrinə də müsbət təsir göstərə bilər”.
Çimnaz Telmanqızı
21:07 / 04 Oktyabr 2026
60
20:53 / 04 Oktyabr 2026
60
20:43 / 04 Oktyabr 2026
55
20:21 / 04 Oktyabr 2026
55
20:06 / 04 Oktyabr 2026
95
19:55 / 04 Oktyabr 2026
65
19:44 / 04 Oktyabr 2026
200
19:23 / 04 Oktyabr 2026
68
19:16 / 04 Oktyabr 2026
112
19:09 / 04 Oktyabr 2026
108
18:44 / 04 Oktyabr 2026
96
18:34 / 04 Oktyabr 2026
75
17:50 / 04 Oktyabr 2026
100
17:45 / 04 Oktyabr 2026
92
17:35 / 04 Oktyabr 2026
98
17:30 / 04 Oktyabr 2026
618
17:23 / 04 Oktyabr 2026
539
17:20 / 04 Oktyabr 2026
67
16:58 / 04 Oktyabr 2026
3328
16:56 / 04 Oktyabr 2026
456
16:55 / 04 Oktyabr 2026
306
16:53 / 04 Oktyabr 2026
716
16:51 / 04 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.