1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2060
10.06.2026, 14:25
2026-cı ildə Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayır. Bu ayın 10-cu günü – İslam tarixinə Kərbəla faciəsi kimi həkk olunmuş müqəddəs Aşura günü isə iyunun 25-nə təsadüf edir.
Hicri-qəməri təqvimi ilə yeni ilin başlanğıcı və dində haram aylardan biri hesab olunan Məhərrəmlik ərəfəsində cəmiyyətdə geniş müzakirə edilən matəm ritualları, xurafat və bu ayın tarixi kökləri haqqında ilahiyyatçı Tural İrfan Oxu24.com-a açıqlamalar verib. İlahiyyatçı bildirib ki, Məhərrəm ayı Qurana görə döyüşməyin və qan tökməyin qadağan olunduğu aylardandır və İslamdan əvvəl də ərəblər bu ayda qəbilələrarası müharibələri dayandıraraq istirahət edərdilər.
Tarixi rəvayətlərə görə, Məhərrəm ayında, xüsusən də Aşura günündə Nuh peyğəmbərin tufandan nicat tapması, Musa peyğəmbərin xilas olması kimi mühüm hadisələr baş verib. Lakin bu zəncirin ən son və ağrılı həlqəsi Peyğəmbərimiz Həzrət Muhəmmədin nəvəsi İmam Hüseynin və ailəsinin Kərbəladakı böyük faciə ilə şəhid edilməsidir.
“İslam dinində uzunmüddətli matəm anlayışı yoxdur"
Faciənin miqyasından asılı olmayaraq, İslamın prinsiplərinə toxunan Tural İrfan vurğulayıb ki, dində vəfat edən şəxs üçün yalnız 3 gün yas saxlamağa icazə verilir:
“Sonrakı illərdə hər il yenidən matəm saxlamaq tamamilə İslama ziddir və böyük günahdır. İslam bədbin yox, nikbin dindir və ölümü yoxluq saymır. Xüsusən də şəhidlər cənnətə gedir. Cənnətə gedən insanı 1400 ildən sonra matəmə bürüyüb yas saxlamaq məntiqə də uyğun deyil. Bu, sanki axirəti və cənnəti inkar etmək, Allaha qarşı üsyankarlıq etmək deməkdir”.
İlahiyyatçı Məhərrəm ayının matəm şəklinə salınmasının sırf siyasi səbəblərlə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ənənəni İslam xilafətini daxildən parçalamaq istəyən Sasani imperiyasının qalıqları — separatçı Büveyhilər ortalığa atıblar. İmam Hüseynin həyat yoldaşının fars olmasını bəhanə edərək, şahlığın yenidən farslara keçməsinə cəhd göstəriblər:
"Tarixdə Büveyhilər, Fatimilər, Qərmətilər və Səfəvilər Məhərrəm ayını siyasi-ideoloji təbliğat və rəqib müsəlman dövlətlərinə qarşı propaqanda məqsədilə icra edhiblər. Əslində bu ayda hər hansı xüsusi matəm ibadəti yoxdur. Bu yürüşlər, qara bayraqlar, ələmlər və “Qasım otağı” kimi kəcavə gəzdirmələr vaxtilə siyasi etiraz aksiyaları kimi təsis olunub və İslamın əsl mahiyyəti ilə uzlaşmır”.
“Ağı demək və sinə vurmaq İmama yox, Yezidə xidmətdir"
Tural İrfan qeyd edib ki, Yezid İslamın məcrasını dəyişəcək gücdə deyildi və İmam Hüseyn mənəvi cəhətdən məğlub olmayıb. Bu səbəbdən Yezidin obrazını böyüdən və yaşadanlar məhz xurafatçılardır:
“Sinə vurmaq, başa döymək, qara bağlamaq, nəzir toplamaq İmam Hüseynin əleyhinə yönəlmiş əməllərdir.
İmam Hüseyn ona görə şəhid olmadı ki, insanlar sonradan min illərlə başına döysün. O, insanların halal və düzgün yaşaması üçün canını fəda etdi. 11 ay günah edib, Məhərrəm ayında sinə vurmaqla günah yumaq düşüncəsi tamamilə yanlışdır”.
İmam Hüseyn necə yad edilməlidir?
İlahiyyatçı bildirib ki, Məhərrəm ayını matəm ayı kimi deyil, İmam Hüseyni elmi, praktik və mənəvi yöndən yad etmək dövrün əsas tələbidir. Onun qəhrəmanlığı, şücaəti və həyatı müsəlmanlara düzgün anladılmalıdır:
"Bu ayda İmam Hüseynin ruhuna dualar edilməli, ehsanlar verilməlidir. İnsanlar heç olmasa bu ayda onun yaşadığı kimi halal, düzgün, sədaqətli və səxavətli olmağa çalışmalıdırlar. Qurani-Kərim oxumaq, pis əməllərdən çəkinmək və ehtiyacı olanlara əl tutmaq həm dinimizin tələbidir, həm də Kərbəla və Vətən şəhidlərimizin ruhunu şad edəcek ən doğru yoldur”.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.