Əksər bölgələrdə yağış və şimşək müşahidə olunur
07 İyul 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4725
10.06.2026, 12:54
Azərbaycanın regionlarında iqtisadi müstəqilliyin təmin edilməsi, yerli gəlirlərin artırılması və mərkəzi dövlət büdcəsindən asılılığın minimuma endirilməsi istiqamətdə uzun illərdir aparılan struktur islahatları öz real bəhrələrini verməkdədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı olduqca kritik rəqəmlər açıqlayıb. Nazir bəyan edib ki, respublikanın strateji valyuta ehtiyatları kəskin artaraq 88,4 milyard dollarlıq tarixi zirvəyə yüksəlib, dövlət büdcəsi profisitlə icra olunub və xərclər tamamilə səmərəli, ünvanlı şəkildə həyata keçirilib.
Sahil Babayevin hesabatında ən diqqətçəkən məqam regionların mərkəzi büdcədən asılılığının demək olar ki, sıfırlanması anonsu olub. Nazirin sözlərinə görə, həyata keçirilən maliyyə optimallaşdırılması nəticəsində ölkə üzrə cəmi bircə rayona 1,5 milyon manat məbləğində cüzi dotasiya (maliyyə yardımı) verilib, yerdə qalan bütün şəhər və rayonlar öz xərclərini daxili yığımlar hesabına tam örtmək bacarığı nümayiş etdiriblər. Yerli icra hakimiyyətlərinə mərkəzdən ayrılan birbaşa vəsaitlərin, yəni dotasiyaların faktiki olaraq kəsilməsi bütövlükdə regional idarəetmə sisteminin iş prinsiplərini dəyişməyə məcbur edir. Bu mənzərə yerli icra başçılarının fəaliyyət effektivliyi, regionların daxili iqtisadi potensialının aktivləşdirilməsi və vergi bazasının genişləndirilməsi məsələlərini yenidən gündəmə gətirib.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, regionların mərkəzi büdcə dotasiyalarından imtina edərək özünü maliyyələşdirmə sisteminə keçməsi kağız üzərində böyük islahat kimi görünsə də, yerli icra strukturlarının idarəetmə fəlsəfəsində kəskin yanaşma dəyişiklikləri tələb edir: "Maliyyə nazirinin elan etdiyi bu mənzərə, yəni ölkədə cəmi bir rayonun dotasiya alması, dövlətin uzun illərdir yerli vergi və rüsumların toplanması, sahibkarlığın regional inkişafı istiqamətində tətbiq etdiyi rəqəmsal və inzibati nəzarət mexanizminin nəticəsidir. İndiyə qədər icra başçıları mərkəzdən gələn hazır dotasiya və vəsaitləri xərcləməyə adət etmişdilər və bu, regionlarda iqtisadi fəallığı dondururdu. İndi mərkəzi pul kəsildiyi üçün icra hakimiyyətləri öz fəaliyyətlərini davam etdirmək, yerli infrastrukturu saxlamaq və maaşları ödəmək üçün öz rayonlarında sahibkarlıq mühitini canlandırmağa, daxili istehsalı artırmağa və gizli iqtisadiyyatı leqallaşdıraraq vergi yığımlarını təmin etməyə məcandırlar".
Ekspertin sözlərinə görə, dotasiyaların dayandırılması icra hakimiyyətlərinin büdcə intizamını gücləndirəcək, lakin yerli menecerlik qabiliyyəti zəif olan icra başçıları üçün ciddi çətinliklər yaradacaq: "Bu yeni reallıq icra başçılarından klassik inzibatçı statusundan çıxıb modern iqtisadi menecer və investor cəlb edən rəhbər kimi çıxış etməyi tələb edir. Əgər bir rayonun icra başçısı öz ərazisində biznes subyektlərinə süni maneələr yaradacaqsa, yeni iş yerlərinin açılmasına mane olacaqsa, həmin rayonun daxili büdcəsi dərhal kəsir verəcək və yerli layihələr iflasa uğrayacaq. Çünki artıq mərkəz onların yerli uğursuzluqlarını dotasiya ilə örtməyəcək. Dövlətin 88,4 milyard dollarlıq nəhəng valyuta ehtiyatının olması maliyyə təhlükəsizliyimizin sığortasıdır, lakin regionların öz ayaqları üzərində durması bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün strateji şərtdir. Bu səbəbdən dotasiyasız idarəetmə modeli icra hakimiyyətlərinin fəaliyyətini tam şəffaflaşdırmalı, onları yerli bizneslə tərəfdaşlığa sövq etməli və səmərəsiz xərcləmələrə birdəfəlik son qoymalıdır".
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.