1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
576
09.06.2026, 00:06
Son günlər sosial şəbəkələrdə Azərbaycanda yaş həddinin artırıldığı və artıq 70 yaşdan yuxarı şəxslərə, hətta 73 yaşa qədər vətəndaşlara da kredit verildiyi ilə bağlı məlumatlar yayılıb. Müzakirələr xüsusilə pensiyaçılar üçün kredit şərtləri və bankların yaş məhdudiyyətləri ətrafında aparılır. Bəs bu iddiaların reallıq payı nə qədərdir? Azərbaycanda 70 yaşdan yuxarı şəxslərə hansı hallarda kredit verilməsi mümkündür və banklar bu zaman hansı meyarları əsas götürür?
Oxu24.com xəbər verir ki, tanınmış bank eksperti Emin Kərimov açıqlamasında bildirib ki, hazırda ölkədə kreditlərin 73 yaşa qədər verilməsi ilə bağlı praktika mövcuddur:
“Bəzi banklarda bu yaş həddinə qədər kredit verilməsi tətbiq olunur və bəzi hallarda zaminlik və ya həyat sığortası tələbi qoyulmur. Bunun əsas səbəbi odur ki, vətəndaş pensiyasını həmin bank vasitəsilə alır və aylıq ödənişlər birbaşa pensiya kartından tutulur. Ümumilikdə, kreditin pensiya aldığı bank tərəfindən verilməsi normal praktikadır. Lakin ekspert kimi qeyd etmək lazımdır ki, bu cür hallarda əlavə təminat mexanizmlərinin olması daha məqsədəuyğun olardı. Məsələn, ya həyat sığortası, ya da ən azı bir zamin tələb edilməsi risklərin azaldılması baxımından vacibdir. Çünki orta ömür müddətini nəzərə alsaq, 70-75 yaşdan yuxarı şəxslərdə risklər daha yüksəkdir. Təbii ki, burada məqsəd heç kimin ölüm riskini öncədən qəbul etməsi deyil, lakin maliyyə baxımından risklərin idarə olunması zəruridir. Kiçik məbləğdə həyat sığortası və ya əlavə təminat mexanizmi kreditlərin daha təhlükəsiz şəkildə verilməsinə şərait yarada bilər. Bu yanaşma həm bankların risklərini azaldar, həm də kreditlərin davamlı və sabit şəkildə verilməsinə imkan yaradar”.
O deyib ki, bu model banklar üçün əlavə gəlir mənbəyi kimi də qiymətləndirilə bilər:
“Digər tərəfdən, bu kreditlərdən istifadə edən şəxslər də dolayısı ilə öz ailə üzvlərinə və yaxınlarına müəyyən maliyyə dəstəyi təmin etmiş olurlar. Əgər bu model istehlak kreditləri üzrə özünü doğruldarsa və effektiv nəticə göstərərsə, onun digər kredit seqmentlərinə də tətbiqi mümkündür. Məsələn, ipoteka kreditləri üzrə yaş həddinin artırılması da müzakirə oluna bilər. Hazırda ipoteka kreditləri adətən 65 yaşa qədər nəzərdə tutulur. Lakin sığorta mexanizmi tətbiq edilməklə bu yaş həddini 75 yaşa qədər artırmaq mümkündür. Kredit müddətinin uzadılması isə aylıq ödənişlərin azalmasına səbəb ola bilər və bu da borcalanlar üçün daha əlçatan şərtlər yaradar. Bundan əlavə, kredit məbləğinin artırılması da mümkündür. Məsələn, 150 min manatlıq limitin 200 min manata qədər yüksəldilməsi daha geniş maliyyə imkanları yarada bilər. Ümumilikdə, bu yanaşma pilot layihə kimi tətbiq edilə bilər. Əgər nəticələr müsbət olarsa, daha sonra digər kredit növlərinə də şamil edilə bilər və maliyyə sektorunda daha çevik və əlçatan kredit siyasətinin formalaşmasına şərait yarada bilər”./Demokrat.az/
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.