Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
28716
09.06.2026, 01:02
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
Oxu24.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Yeni maddəyə əsasən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 20 000 manatadək məbləğdə cərimə ediləcək.
Bundan əlavə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-5.5-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək məbləğdə, hüquqi şəxslər 25 000 manatdan 30 000 manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni fərdi rəqəmsal hesabın yaradılması zamanı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 – 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;
- 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;
- 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;
- toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;
- fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə -
vəzifəli şəxslər 8 000 manatdan 9 000 manatadək məbləğdə, hüquqi şəxslər 35 000 manatdan 40 000 manatadək məbləğdə cərimə ediləcək.
Bu Məcəllənin 388-4.1 – 388-4.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər 45 000 manatdan 50 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.
01:04 / 10 İyun 2026
78
00:24 / 10 İyun 2026
103
00:01 / 10 İyun 2026
100
23:52 / 09 İyun 2026
122
23:36 / 09 İyun 2026
212
23:26 / 09 İyun 2026
109
23:23 / 09 İyun 2026
101
23:15 / 09 İyun 2026
103
23:09 / 09 İyun 2026
94
23:03 / 09 İyun 2026
141
22:59 / 09 İyun 2026
217
22:52 / 09 İyun 2026
360
22:41 / 09 İyun 2026
98
22:06 / 09 İyun 2026
98
21:47 / 09 İyun 2026
109
21:29 / 09 İyun 2026
145
21:23 / 09 İyun 2026
106
21:11 / 09 İyun 2026
141
21:01 / 09 İyun 2026
105
21:00 / 09 İyun 2026
108
20:40 / 09 İyun 2026
132
20:27 / 09 İyun 2026
127
20:10 / 09 İyun 2026
1073
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.