Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
10 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
06.06.2026, 14:11
Dünyada sürücüsüz avtomobil texnologiyalarının sürətlə inkişafı taksi xidmətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Azərbaycanda da avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin tətbiqi perspektivi müzakirə olunur. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, bu texnologiyanın gələcəkdə yol qəzalarının azalmasına töhfə verəcəyi gözlənilir.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Ajans.az-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov sürücüsüz avtomobillərin taksi xidmətlərinin fəaliyyətinə ciddi mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqları bölüşmədiyini deyib.
“Avtonom nəqliyyat vasitələrinin taksi fəaliyyətini ləngidəcək bir amil olacağını düşünmürəm. Burada əsas məsələ məlumatların düzgün idarə olunması və sistemlərin səmərəli işləməsidir. Gələcəkdə sifarişlərin yerinə yetirilməsi zamanı da insanların öz hərəkət üstünlüklərinə və rentabelliyə uyğun seçim imkanları qalacaq”
O qeyd edib ki, texnoloji inkişaf nəticəsində bəzi peşələr zamanla sıradan çıxsa da, bu, insan faktorunun tamamilə aradan qalxacağı anlamına gəlmir.
“Dünyada elə peşələr var ki, artıq mövcud deyil və həmin fəaliyyət sahələri tarixə çevrilib. Lakin mən sürücülərə tövsiyə edərdim ki, gələcəklə bağlı nikbinliklərini itirməsinlər. İnnovasiyalar nə qədər inkişaf etsə də, insan faktoruna hər zaman ehtiyac qalacaq”
Ekspertin sözlərinə görə, nəqliyyat sistemlərinin effektiv işləməsində insanların rolu hələ də vacib olaraq qalır.
“İnsanların nəqliyyat vasitələrinin alqoritmlərinə uyğun davranışları, nəqliyyat infrastrukturunda tutduqları yer və sistemlərin idarə olunmasına verdikləri töhfə nəqliyyat təhlükəsizliyi və dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır”
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.