İmişlidə ağır qəza - ÖLƏN VAR
21 Avqust 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
600
06.06.2026, 13:12
“Azərbaycan Avropanın Rusiya qazından asılılığının azalmasına töhfə verir”—İQTİSADÇI
Oxu24.com xəbər verir ki, şəhərimizdə baş tutan "Bakı Enerji Həftəsi" çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji - "Caspian Power" sərgiləri və 31-ci "Baku Energy Forum"u keçirilib.
Mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki strateji rolunu xüsusi vurğulayaraq bəyan edib ki, bu gün Avropanın enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir. Dövlət başçısının bu fikirləri fonunda Azərbaycanın Avropanın enerji xəritəsindəki yeri və çəkisi getdikcə daha da artır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, hazırda dünyada cərəyan edən geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki İran-İsrail gərginliyi Avropanın enerji təhlükəsizliyini ciddi təhlükə altına qoyur:
Ekspert qeyd edib ki, yaranmış böhran vəziyyətində Qərb ölkələri sürətlə alternativ mənbələrə üstünlük verməyə çalışırlar. Məhz bu məqamda Azərbaycanın geostrateji mövqeyi və zəngin təbii resursları ölkəmizi Avropa üçün unikal və əvəzsiz bir tərəfdaşa çevirir:
“Bu gün Azərbaycan artıq Avropanın 16 ölkəsinə qaz təchiz edir və bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanlar var. Azərbaycan regional sabitliyin qorunmasında və etibarlı enerji təminatında həlledici faktordur”.
Eyyub Kərimlinin sözlərinə görə, rəsmi Bakının iqtisadi strategiyası təkcə ənənəvi karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. Azərbaycan gələcəkdə Avropaya elektrik enerjisi, xüsusilə "yaşıl enerji" ixrac etmək potensialına malikdir:
“Azərbaycan Avropa ölkələrində sadəcə xammal tədarükçüsü deyil, həm də ciddi investor kimi çıxış edir. Qərb bazarlarında qazpaylayıcı müəssisələrin, terminalların yaradılmasında ölkəmiz yaxından iştirak edir. Avropada yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsinə yatırılan investisiyalar Azərbaycan qazının alternativ mənbə kimi imkanlarını daha da əvəzolunmaz edir”.
İqtisadçı vurğulayıb ki, Azərbaycanın apardığı çevik iqtisadi strategiya enerji resurslarının hasilatını artırmaqla yanaşı, onların Avropanın ən müxtəlif nöqtələrinə çatdırılmasına şərait yaradır. Bu fəaliyyət strateji hədəfə — Avropanın Rusiya qazından asılılığının minimuma endirilməsinə birbaşa töhfə verir.
Eyni zamanda, Azərbaycanın gələcəkdə böyük bir tranzit qovşağına çevriləcəyi gözlənilir. Ölkəmiz regional platforma rolunu oynayaraq Türkmənistan və Qazaxıstan qazını Türkiyə vasitəsilə Avropaya yönəltmək gücündədir. Bu isə Azərbaycanın beynəlxalq arenada iqtisadi nüfuzunu və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir, onu xarici investorlar üçün daha cəlbedici edir.
Çimnaz Telmanqızı
23:49 / 21 Avqust 2026
24
23:00 / 21 Avqust 2026
34
22:39 / 21 Avqust 2026
35
22:25 / 21 Avqust 2026
55
22:11 / 21 Avqust 2026
62
21:57 / 21 Avqust 2026
73
21:30 / 21 Avqust 2026
66
20:56 / 21 Avqust 2026
73
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
78
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
99
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.