98 il yaşayan azərbaycanlı general - Maraqlı faktlar
11 Noyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
741
13.05.2026, 20:03
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb.
Oxu24.com xəbər verir ki, icra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeçiliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülür.
A.Əhmədov zabiti xilas etmək müxtəlif tədbirlərə əl atsa da, cəhdləri uğursuz olur.
Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən A.Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edir. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır.
Hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirrləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamların olmasıdır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilir və A.Əhmədov girovluqdan azad olunur.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur. (yenisabah.az)
21:08 / 11 Noyabr 2026
1
21:05 / 11 Noyabr 2026
13
20:58 / 11 Noyabr 2026
47
20:49 / 11 Noyabr 2026
291
20:47 / 11 Noyabr 2026
48
20:28 / 11 Noyabr 2026
62
20:22 / 11 Noyabr 2026
84
20:19 / 11 Noyabr 2026
66
20:08 / 11 Noyabr 2026
72
19:57 / 11 Noyabr 2026
381
19:49 / 11 Noyabr 2026
101
19:43 / 11 Noyabr 2026
88
19:33 / 11 Noyabr 2026
108
19:19 / 11 Noyabr 2026
163
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
456
18:39 / 11 Noyabr 2026
229
18:35 / 11 Noyabr 2026
181
18:30 / 11 Noyabr 2026
213
18:29 / 11 Noyabr 2026
242
18:23 / 11 Noyabr 2026
144
18:17 / 11 Noyabr 2026
233
18:13 / 11 Noyabr 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.