Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb
27 İyul 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
510
12.05.2026, 14:44
Qafaqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşzadə Bütün Gürcüstanın Patriarxı III Şioya təbrik məktubu ünvanlayıb.
Oxu24.com-a QMİ-dən verilən məlumata görə, məktubda deyilir:
"Azərbaycan dindarları adından və şəxsən öz adımdan Sizin Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram. Zati-Müqəddəsləri, Yarım əsrə yaxındır ki, məni Sizin unudulmaz sələfiniz, gürcü xalqının Böyük Ruhani Lideri, mərhum Katolikos-Patriarxı II İlya ilə səmimi dostluq və qardaşlıq əlaqələri bağlıyırdı. Bu əlaqələrdən ilhamlanaraq, biz həmişə iki qonşu və dost xalqımız və dövlətlərimiz arasında mövcud olan hərtərəfli əlaqələrin, xüsusən də mənəvi və dini sahələrdə yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışırdıq. Şübhəsizdir ki, mərhum Patriarx Sizə böyük etimad və etibar göstərirdi. Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Sizin Katolikos-Patriarx seçilməyiniz isə bu etimadın və etibarın bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirdi. Buna görə də mən əminəm ki, onun layiqli varisi olaraq ZatiMüqəddəsləriniz Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlarımız arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərinizi əsirgəməyəcəksiniz. Xatırlatmaq istərdim ki, dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın KatolikosPatriarxı II İliya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram. Zati-Müqəddəslərinizi əmin etmək istəyirəm ki, bu səfəriniz Azərbaycandakı bütün dindarlar tərəfindən səmimi sevinclə qarşılanacaq və şəxsən mənim üçün böyük şərəf olacaq. Uca Yaradandan Zati-Müqəddəslərinizə qardaş Gürcü xalqının rifahı naminə müqəddəs Patriarx fəaliyyətinizdə xeyir-dualar diləyirəm. Xahiş edirəm, ən yüksək hörmətimi qəbul edin".
Xatırladaq ki, ötən gün Gürcü Pravoslav Kilsəsinin yeni başçısı - katolikos-patriarxı mitropolit Şio seçilib. Onun taxtaçıxma mərasimi bugün keçirilib.
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.