815 kişi ödənişli atalıq məzuniyyəti götürüb
27 İyul 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4890
11.05.2026, 15:38
Azərbaycanda müxtəlif sosial kateqoriyalar üzrə təyin olunan Prezident təqaüdləri vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən xüsusi maliyyə dəstəyi mexanizmidir. Bu ödənişlər birbaşa dövlət büdcəsindən maliyyələşir və hər bir təbəqənin ölkə qarşısındakı xidmətlərinə və ya sosial ehtiyaclarına uyğun olaraq diferensiallaşdırılıb.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, hazırkı təqaüd sistemi həm qəhrəmanlıq amilini, həm də sosial həssaslığı eyni dərəcədə nəzərə alır:
"Rəqəmlərə diqqət yetirsək, ən yüksək məbləğin 'Vətən Müharibəsi Qəhrəmanı' adı almış şəxslərə (2200 manat) və 'Milli Qəhrəman'lara (2000 manat) verildiyini görürük. Bu, dövlətin hərbi rəşadətə verdiyi ali qiymətdir. Şəhid ailələri və Əfqanıstan müharibəsi itkinlərinin yaxınları üçün nəzərdə tutulan 700 manatlıq məbləğ isə həmin ailələrin minimum ehtiyaclarını qarşılamağa yönəlmiş stabil bazadır. Elm və incəsənət sahəsində fərdi təqaüdlərin 1700 manat olması isə intellektual elitanın iqtisadi asılılığını minimuma endirmək məqsədi daşıyır. Xalq adlarına görə 300 manat, əməkdar adlarına görə isə 200 manat ödənilməsi bu fəxri adların daşıyıcıları üçün əlavə stimuldur. Əlilliyi olan şəxslər üçün funksiyaların pozulma dərəcəsindən asılı olaraq 400-600 manat arası dəyişən ödənişlər isə birbaşa reabilitasiya və gündəlik xərclərin kompensasiyasıdır".
Onun sözlərinə görə, təqaüd məbləğlərinin gələcəkdə artırılması iqtisadi zərurətdən doğan gözlənilən bir addımdır:
"Vətəndaşları ən çox maraqlandıran sual artımların davamlı olub-olmamasıdır. Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsinin artması və inflyasiya təzyiqlərinin kompensasiya edilməsi məqsədilə bu rəqəmlərin mütəmadi olaraq indeksasiya edilməsi qaçılmazdır. Gələcək illərdə xüsusilə şəhid ailələri, müharibə veteranları (hazırda 80 manat) və əlilliyi olan şəxslərə qulluq edənlər (120 manat) üçün nəzərdə tutulan təqaüdlərin məbləğində yenidən baxılma və artım ehtimalı olduqca yüksəkdir. Çünki dövlətin sosial siyasətinin əsas xətti 'minimum gəlirlərin yaşayış minimumuna və ondan yuxarı hədlərə çatdırılması' üzərində qurulub. Bu baxımdan, iqtisadi artım tempinə uyğun olaraq, növbəti büdcə illərində bu kateqoriyalar üzrə təqaüdlərin 10-15% civarında artırılması tamamilə real ssenaridir. Həmçinin elmi dərəcəsi olan və 25 il stajı olan şəxslər üçün (300-500 manat) müəyyən edilən məbləğlərin də elmin nüfuzunun artırılması çərçivəsində yüksəldilməsi gündəmdə olan məsələlərdəndir".
16:21 / 27 İyul 2026
1
16:18 / 27 İyul 2026
14
16:16 / 27 İyul 2026
23
15:59 / 27 İyul 2026
35
15:45 / 27 İyul 2026
55
15:21 / 27 İyul 2026
68
15:20 / 27 İyul 2026
63
15:17 / 27 İyul 2026
58
14:59 / 27 İyul 2026
71
14:34 / 27 İyul 2026
67
14:28 / 27 İyul 2026
65
14:04 / 27 İyul 2026
87
13:59 / 27 İyul 2026
92
13:55 / 27 İyul 2026
76
13:50 / 27 İyul 2026
91
13:47 / 27 İyul 2026
66
13:40 / 27 İyul 2026
97
13:30 / 27 İyul 2026
91
13:15 / 27 İyul 2026
88
12:59 / 27 İyul 2026
86
12:45 / 27 İyul 2026
79
12:45 / 27 İyul 2026
92
12:38 / 27 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.